Yuxarı

Trofimçuk: “Rusiya dünya müharibəsini başlatdı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trofimçuk: “Rusiya dünya müharibəsini başlatdı”

Suriya müharibəsi birbaşa Ukrayna müharibəsinə gətirib çıxartdı.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Qriqori Trofimçuk öz Feysbuk səhifəsində paylaşıb. Onun sözlərinə görə, Moskva və Kiyev Ukraynanın avrointeqrasiya prosesinə cavab axtarmağa cəhd etsələr də, heç bir nəticə əldə etmədilər:

"Hər iki tərəf reallaşdırılması mümkün olan heç bir variantda ortaq fikrə gələ bilmədi. Lakin nəzəri cəhətdən bu razılaşma mövcud idi. Bundan sonra bütün hadisələr (Krım da daxil olmaqla – Q.T.) avtomatik rejimdə qopmaz zəncir şəklində inkişaf etdi. Artıq iki il sonra Rusiya Suriyadakı bombardmanlara qoşuldu. Faktiki olaraq, 30 sentyabr 2015-ci ildə Rusiya və onun xalqı üçün dünya müharibəsi başladı. Bu gün Rusiya çalışır ki, onun üçün ən təhlükəli olan ABŞ-la beynəlxalq terrorizmlə mübarizə sahəsində qarşılıqlı fəaliyyət sxeminə çıxmağa çalışır. Xatırladım ki, məhz 2001-ci il Amerikadakı terror aktlarının nəticəsində terrorizm dalğası xarici dünyada hansı hadisənin inkişafından asılı olmayaraq, Rusiya ərazisinə (Nord-Ost, Beslan və digərləri – Q.T.) keçdi. Başqa sözlə desək, ABŞ-ın radikalizmə qarşı apardığı qlobal müharibənin yeni mərhələsində Rusiyanın ona qoşulması daha ağır nəticələrə gətirib çıxaracaq və hətta onun bütövlüyü üçün problemlər yaranacaq. Suriya ikinci Əfqanıstan deyil. Bu, 70-ci illər sonunda baş verənlərdən daha təhlükəli prosesdir".

Tarix
2015.10.02 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla