Yuxarı

Müdafiə Nazirliyindən yayılan xəbərlərə korrekt cavab – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrə aid olan, özündə həm də hərbi sirr daşıyan bəzi hərbi hissələrlə bağlı məlumatlara Müdafiə Nazirliyi aydınlıq gətirib.

"Axar.az"ın yazılı sorğusuna Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən cavabda bildirilir ki, MN hərbi hissələrin ləğv olunması ilə bağlı heç bir rəqəm açıqlamayıb. Yalnız hərbi hissələrin təşkilat-ştat strukturu optimallaşdırılıb:

"Hərbi hissələrin bir-birinə zidd olması məsələsinə gəlincə isə onu demək vacibdir ki, hərbi əməliyyatların aparılması zamanı bütün qoşun növləri hərbi komandanlıq tərəfindən planlı surətdə verilən döyüş tapşırıqlarını birgə yerinə yetirmək üçün sıx, əlaqəli fəliyyət həyata keçirirlər. Doğrudur, hərbi hissələr ayrı-ayrılıqda, yəni müstəqil surətdə də qoyulan tapşırıqların yerinə yetirilməsinə qadirdilər. Lakin istənilən halda, onların səyləri bir ümumi məqsədə - düşmən üzərində qələbəyə nail olmağa yönəlib".

Müdafiə Nazirliyi hərbi hissə ərazilərinin boşaldılması məsələsinə də aydınlıq gətirib:

"Hərbi hissələrin əraziləri boşaldılmayıb".

Qeyd edək ki, bu gün Müdafiə Nazirliyindən ordu ilə bağlı yazılan yazılarda daha həssas olmaq xahiş edilmişdi. Məlumatda silahlı qüvvələrlə bağlı yazılan məqalələrin Azərbaycanın düşmənlərinə daha yaxşı məlumat əldə etməyə imkan yaratdığı bildirilir və KİV-dən bunu nəzərə istənilirdi.

Tarix
2014.01.17 / 18:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla