Yuxarı

Tokayevin Bakı səfəri tarixi zərurətdir - Toğrul İsmayıl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayevin Bakı səfəri tarixi zərurətdir - Toğrul İsmayıl

Son günlərdə istər xarici işlər nazirləri, istərsə də ölkə başçıları səviyyəsində aparılan danışıqlar, eyni zamanda Qasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri türk ölkələri arasında iqtisadi, siyasi və diplomatik əlaqələrin inkişafı üçün önəmli addımlardır.

Bu sözləri Axar.az-a açıqlaması zamanı Ankara Universitetin professoru Toğrul İsmayıl deyib. Professorun sözlərinə görə, Qazaxıstan və Azərbaycan əlaqələrinin gücləndirilməsi hazırki məqamda bir çox baxımdan xüsusi önəm daşıyır:

“Belə addımlar həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan müzakirələrdən sonra razılaşdırılmış plan əsasında atılır. Əlbəttə, qlobal proseslər, xüsusilə Ukrayna müharibəsi, Rusiyanın Qazaxıstana və digər Mərkəzi Asiya ölkələrinə münasibəti türk ölkələri arasında əlaqələrin möhkəmləndirilməsini labüd edir. Müharibənin gedişatı qida təhlükəsizliyi sahəsində əməkdaşlığı, eyni zamanda Xəzər dənizi üzərindən yeni enerji, nəqliyyat və kommunikasiya xətlərinin açılmasını, alternativ xətlərin önəmini ortaya çıxarıb. Qazaxıstan dünyada ən böyük taxıl istehsalçılarındandır, bununla bərabər ölkələrimizin çox ciddi enerji potensialı var. Sadaladığımız səbəblərə görə, türk dünyasının, TDT-nin və ölkələrimizin yeni dünya düzənində layiqli yer tutması üçün əlaqələr bütün sferalarda inkişaf etdirilməli, inteqrasiya gücləndirilməlidir. Hazırda bəşəriyyətin gələcəyinə təsir edəcək qlobal proseslərin baş verdiyi hadisələrin şahidi oluruq. Proseslər dövlətlər tərəfindən də diqqətlə izlənilir, gedişata görə müəyyən hazırlıqlar görülür. İki qardaş ölkənin həm bir-biri, həm də digər türk dövlətləri ilə əlaqələrini daha da gücləndirməsi tarixi və siyasi zərurətdir”.

Tarix
2022.08.25 / 08:30
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla