Yuxarı

30 ili necə yaşamışıq, onu Allah bilir - Gündüz İsmayılov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
30 ili necə yaşamışıq, onu Allah bilir - Gündüz İsmayılov

30 il müddətində öz evimizi görmədən, öz evimizdə olmadan necə yaşamışıq, onu bir Allah bilir. İnşallah, bundan sonra o yaşamadığımız, həsrətini çəkdiyimiz evimizdə gözəl günlər keçirəcəyik.

Bu sözləri Axar.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov işğaldan azad olunmuş Zabuxdakı evi haqda danışarkən deyib.

“Çox önəmli bir gündür. Buna görə şəhidlərimizə, qazilərimizə, ordumuza və müzəffər Ali Baş Komandanımıza borcluyuq. Laçın, Zabux və Sus sakinləri cənab Prezidentə müraciət ediblər. Hər kəs tez bir zamanda öz yurduna dönəcəyi günü səbirsizliklə gözləyir. Biz əminik ki, qısa bir müddətdə bu baş verəcək! Hər kəs öz doğma yurduna qayıtmaq arzusunu qısa zamanda gerçəkləşdirəcək”, - İsmayılov deyib.

Qeyd edək ki, Gündüz İsmayılov Zabux kəndindəki evlərinin dağılmadığını bildirib və fotosunu paylaşıb.

Tarix
2022.08.26 / 15:50
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla