Yuxarı

MTRŞ-dən ANS-in rəsmisinə sərt tənqid

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ-dən ANS-in rəsmisinə sərt tənqid

ANS-də Mais Məmmədov adlı bir ağsaqqal kişi var, hərdən qeyzli açıqlamalar verir (ya da verdirirlər).

Axar.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Feysbuk hesabında yazıb. O, ANS Şirkətlər Qrupu prezidentinin media məsələləri üzrə müşaviri Mais Məmmədovu sərt tənqid edib:

"ANS-də Mais Məmmədov adlı bir ağsaqqal kişi var, hərdən qeyzli açıqlamalar verir (ya da verdirirlər). Hər dəfə də eyni sözləri təkrarlayır ki, nə bilim mənim 55 illik televiziya təcrübəm var, Şuradakılar televiziya işini bilmir, nə bilim bizim işimizə qarışmasınlar. Şura istəyir ki, ANS də o biri kanallara oxşasın (guya ki, başqa kanallardan ANS-in nəyisə fərqlidi) və s. Amma o ağsaqqala deyən yoxdu ki, o 55 illik televiziya təcrübənizdə öyrəndikləriniz "Sən tək deyilsən", "Adam içində", "Komedi.az", "Bu da bu" kimi verilişlər ortaya qoymaqdan, efirdə söyüş söyməyə, qeyri-etik ifadələr işlədilməsinə haqq qazandırmaqdan o yana deyilsə və hələ də senzura ilə hüquqi tənzimləməni bir-birindən fərqləndirə bilmirsinizsə, ictimaiyyətin narazılığına səbəb olan ciddi efir məsələlərinə "xoşuna gəlmir, baxma" kimi bəsit məntiqlə yanaşırsınızsa, MTRŞ-in yaradıcı deyil, hüquqi tənzimləyici qurum olmasını və bu qurumun fəaliyyətinin əsas funksiyasının teleradio yayımçılarının efirində qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaqdan ibarət olduğunu və orada çalışanların peşəkarlığının yaşla, stajla deyil, məhz bu işləri necə icra etməsi ilə, yəni başla ölçüldüyünü bilmirsinizsə, heyif o illərdən".

Xatırladaq ki, ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov dünən mətbuata verdiyi açıqlamada MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin jurnalistikadan xəbəri olmadığını demişdi.

Tarix
2015.10.08 / 13:50
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla