Yuxarı

Olimpiya çempionu: “Məni müalicəyə o göndərdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adil Əliyevlə yaxın dostuq. Tamamilə fərqli idman növlərini təmsil edirik. Ancaq biz idmançıyıq. Ona görə də hansı sahəni təmsil etməyindən asılı olmayaraq, bir idmançı digərini daha yaxşı başa düşür.

Axar.az xəbər verir ki, bu sözləri olimpiya çempionu, yunan-roma güləş növü üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Fərid Mansurov deputatlığa namizəd Adil Əliyevə həsr olunan "Adil insan" kitabında qeyd edib.

Onun sözlərinə görə, Adil Əliyevin ictimai-sosial fəaliyyətinə, o cümlədən siyasi fəallığına bələddir:

"10 il millətin vəkili olmaq asan məsələ deyil. Düşünürəm ki, Adil müəllimin 10 ildən artıq xalqa xidmət fəaliyyətində Kikboksinq Federasiyasının prezidenti kimi də keyfiyyət sarıdan böyük nailiyyətləri var. Mən hələ olimpiya çempionu olmazdan əvvəlki illərdən onu tanıyırdım. Adil Əliyev həmişə Azərbaycanın idman şərəfini qoruyan şəxslərin yanında olub. Şübhə etmirəm ki, hər zaman belə olaraq da qalacaq.

Dəyərli millət vəkilimizin idmançılarla dəfələrlə görüşü olub. Adil Əliyev idmançılarımız arasında birliyin möhkəmlənməsində əməyi olan şəxslərdən biridir. Bunlar bəziləri üçün qeyri-real görünə bilər, ancaq sizə bir hadisəni misal gətirə bilərəm. Mən hələ 2010-cu il Dünya çempionatına çıxanda kürəyimdən ağır zədə almışdım. Həkimlər bunun əməliyyatsız, müalicə ilə sağala biləcəyini bildirmişdilər. Ancaq təəssüf ki, müalicə ancaq Almaniyada mümkün idi. Belə bir vaxtda Adil müəllim mənim müalicə almaq üçün Almaniyaya getməyimə kömək etdi. Oradakı həkim personalı ilə danışıqlar aparmaq, hətta dil baxımından çətinlik çəkməmək üçün tərcüməçi belə sifariş etmişdi. Dəyərli dostum bu dəstəyi təkcə mənə qarşı nümayiş etdirməyib. Adil müəllimin dəfələrlə idmançılara dəstək olduğunun şahidi olmuşam. O, idman sahəsində ayrı-seçkilik edən insan deyil, yəni yalnız öz federasiyasının idmançılarına deyil, başqa idmançılarla da maraqlanır, mümkün qədər dərdlərinə şərik olur.

Adil müəllim gözəl xarakter sahibi, nümunəvi ailə başçısı kimi də yaddaşıma həkk olunub. Ona gələcək fəaliyyətində uğurlar arzu edirəm. Adil müəllimin uğurları bizim də uğurumuz sayılır".

Tarix
2015.10.12 / 12:22
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla