Yuxarı

Səfərbərlik elanı: Ruslar bu ölkələrə qaçır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfərbərlik elanı: Ruslar bu ölkələrə qaçır

Rusiyada qismən səfərbərlik elan ediləndən bəri ölkədən gedən insanların sayı haqda ilkin məlumat yayılıb.

Axar.az cəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli qeyd edib.

O, müxtəlif məlumatlar əsasında ölkədən xaricə gedənləri sayının aşağıdakı kimi olduğunu bildirib:

- Antalyaya 441 min, İstanbula 200 minə yaxın;

- Gürcüstana 82 min;

- Qazaxstana 100 minə yaxın (çox yerdə sərhəd-keçid məntəqəsi yoxdur, tam sayı bilmək mümkün deyil);

- Ermənistana - 25 minə yaxın,

- Azərbaycan - dəqiq say elan edilməyib, amma reys sayına baxsaq 7 minə yaxın;

- Monqolustana 30 minə yaxın,

- Avropa Birliyi ölkələrinə 66 min.

“Yəni səfərbərlik elanından sonra 1 milyona yaxın insan Rusiyadan çıxıb. Ölkədə səfərbərliyə yararlı 25 milyon insan var. Rusiyadan qaçış ölkənin imicini yerlə-bir edir, vətəndaşların bir qisminin müharibəyə pis münasibətini göstərir, amma bu o demək deyil ki, Kreml 300-500 min yeni əsgər yığa bilməyəcək. Təbii ki, toplayacaq, bu isə Ukrayna üçün əlavə problemlər yarada bilər. Səfərbərliklə bağlı ancaq neqativ informasiya və videolarla heç kəs, əsas da ukraynanılar özünü aldatmasın.

Rusiya bu günə qədər işğal etdiyi hər yeri həyasızcasına özünə "rəsmən" qatdıqdan sonra əlinə nüvə raketini alıb təhdid edərək müharibəni "dondurmağa" çalışacaq, "dondura" bilsə, o 300-500 min əsgər Rusiyanın yeni "sərhədlərində" ətdən divar hörüb sərhəd qoşunlarına çevriləcəklər. Müharibə indiki sərhədlərdə "donsa", Rusiya nəfəs dərib 3-5 il sonra yenidən Odessa və digər bölgələrin işğalı üçün hərəkətə keçəcək.

Bir sözlə, Ukraynanın heç olmasa Xerson və Zaparojye vilayətini yaxın aylarda işğaldan azad etməsə, Ukraynanın bir dövlət kimi gələcəyi sual altına düşəcək, bu isə həm də bizim üçün, Cənubi Qafqaz üçün ən pis ssenaridir...” – ekspert qeyd edib.

Tarix
2022.09.29 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla