Yuxarı

Türkiyənin axtardığı 21 terrorçu haqda – İnanılmaz faktlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin axtardığı 21 terrorçu haqda – İnanılmaz faktlar

Xəbər verdiyimiz kimi, İŞİD silsilə teraktlar törədilməsi üçün Türkiyəyə altısı qadın olmaqla 21 terrorçu göndərib.

Axar.az xəbər verir ki, Milli İstihbarat Təşkilatı (MİT) həmin şəxslərin kimliyini müəyyən edib. Kəşfiyyat məlumatlarına görə, bu şəxslərdən 18-i adıyamanlı, 3-ü isə terrorçularla evlənən avropalı qadındır. Terrorçuların siyahısında 1 azərbaycanlı da var. Bu, Türkiyədə axtarışa verilən Ülkər Məmmədovadır.

Terrorçular 2013-ci ildə Adıyaman vilayətində toplanaraq Suriyaya keçib və İŞİD-ə qoşulublar. Ailələri polisə məlumat verdikdən sonra həmin şəxslər axtarışa verilib.

2014-cü ilin oktyabrında Suriyaya gedərək İŞİD-ə qatılan Orxan Göndər 7 iyun seçkilərindən az öncə Türkiyəyə qayıdıb və Diyarbəkirdəki HDP mitinqində, Şeyx Əbdürrəhman Alagöz isə 20 iyul tarixində Türkiyəyə qayıdaraq Şanlıurfa vilayətinin Suruç mahalında terror aktı törədib.

Bu hadisələrdən sonra polis teraktı törədən Şeyx Əbdürrəhman Alagözün böyük qardaşı Yunus Əmrə Alagözün də aralarında olduğu 15 şəxsin İŞİD-ə qatıldığını və qruplaşmaya liderlik edən Mustafa Dokumacının soyadından ilhamlanaraq "Dokumacı qrupu" yaradıldığını öyrənib. Bu qrup Rakka və Telabyadda terakt törədilməsi ilə bağlı təlimlərdə iştirak edib.

Xüsusi xidmət oraqanları terrorçuların Suriyada evləndiyini təyin edib. Terrorçuların dini nikaha girdiyi qadınlardan 3-ü türk, digər 3-ü isə avropalıdır. Qadınlar da terror aktı törətmək üçün təlimlərdə iştirak edib.

Aparılan araşdırmalar nəticəsində Türkiyədə terror aktı törətmək tapşırığı alan 21 terrorçudan 19-nun fotoşəkli əldə olunub.

Tarix
2015.10.14 / 14:43
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla