Yuxarı

Krım körpüsünü “Sasna Çrer” partladıb – Arkov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq terrorizm çoxdan beynəlmiləl xarakter alıb. Bu gün Ukraynada baş verənlər də Rusiyanın bu ölkəni Qərb yaraqlılarından təmizləmək üzrə xüsusi əməliyyatıdır. Əvvəllər Rusiya Türkiyə ilə sıx əməkdaşlıqla bu işdə (Ankara və Moskvanın Suriyada İŞİD-ə qarşı birgə mübarizəsi - red.) Yaxın Şərqdə yüksək nəticəyə nail olub.

Bu barədə Axar.az-a müsahibəsində PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, məşhur rusiyalı politoloq Vitali Arkov bildirib.

“Məhz buna görə də biz bu gün dünyanın qaynar nöqtələrində Əl-Qaidə və İŞİD kimi sivil dünya tərəfindən tanınmış terror təşkilatlarından, PKK-dan, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin zonder-komandalarından və Ermənistanın Baş naziri Nikol Paşinyanın partiya statusuna qədər leqallaşdırdığı “Sasna Çrer” ultra-millətçi qrupundan olan radikallardan ibarət dəstələri görürük. Məhz həmin terrorçular Qərb havadarlarından sifarişlər qəbul edir və bu gün Rusiya ərazisində terror aktları törədirlər.

Təəssüf ki, onlayn kommunikasiya sistemlərinin inkişafı və bəzi Qərb dövlətlərinin və postsovet məkanının hakimiyyət orqanlarının himayədarlığı terror ideyalarının bütün dünyada sürətlə yayılmasına kömək edir. Nəticədə, tamamilə “dinc” görünüşlü insanların başına saatlı bomba qoyulduğu bir cəmiyyətdə yaşayırıq”, - deyə Arkov qeyd edib.

Qeyd edək ki, Krım körpüsündə partlayış işi üzrə 8 nəfər saxlanılıb, onlardan biri Ermənistan vətəndaşıdır.

Tarix
2022.10.12 / 16:30
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

PKK-nın silahı yerə qoymasına Əliyevdən reaksiya

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış

Paşinyan Bakıya görə Trampın təklifini rədd etdi

Bakı-Moskva münasibətləri buna görə gərginləşdi - Şok versiya

Sobçak Rövşən Məmmədovu hədəf aldı - Video

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla