Yuxarı

Azərbaycanlı deputat seçiciyə çaynik atdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Marneuli bələdiyyəsinin Qızılhacılı kəndindəki mövcud problemlərlə bağlı keçirilən görüş zamanı insident baş verib.

Axar.az Aktual.ge-yə istinadən xəbər verir ki, görüş zamanı Qızılhacılı kənd sakini, Marneuli 4 saylı ictimai məktəbin direktor müavini Əhməd Babakişiyev kənddəki infrastruktur, yol və içməli su problemlərindən danışıb. O, bu problemlərlə bağlı kəndin deputatı Ceyhun Çovdarovu və Marneuli meriyasının nümayəndəsi Sədrəddin Talıbovu günahlandırıb.

Onun sözlərinə görə, nə deputat, nə də meriyanın nümayəndəsi bu məsələləri Marneuli Bələdiyyə Məclisində qaldıra bilir və kəndin qeydinə qalır.

Görüşə qatılan Qızılhacılı deputatı C.Çovdarov və mer nümayəndəsi S.Talıbov onlara qarşı Ə.Babakişiyevin dilə gətirdiyi mövzuları qəbul etməyib və gördükləri işlərdən danışıb.

Sorğu-sual şəklində davam edən müzakirə zamanı kənd sakinlərindən biri ilə Ceyhun Çovdarov arasındakı söz atışması təhqirə çevrilib. Çovdarov masadakı çayniki həmin şəxsə atıb.

Daha ətraflı videomaterialda:

Tarix
2025.07.15 / 10:37
Müəllif
Axar.az
Digər xəbərlər

İki əzəli düşmən birləşir... – Telegraf

Berdiməhəmmədov Qarabağa gəlir

Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

PKK-nın silahı yerə qoymasına Əliyevdən reaksiya

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış

Paşinyan Bakıya görə Trampın təklifini rədd etdi

Bakı-Moskva münasibətləri buna görə gərginləşdi - Şok versiya

Sobçak Rövşən Məmmədovu hədəf aldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla