Yuxarı

Xamenei Putindən Putinə şikayət etdi: Gözləmirdik!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xamenei Putindən Putinə şikayət etdi: Gözləmirdik!

İran xarici işlər naziri Abbas Arakçı Moskvaya son səfəri və Vladimir Putinlə görüşündə ölkə rəhbəri Əli Xameneinin şikayət mesajını ona çatdırıb.

Axar.az xəbər verir ki, bunu İranın “Fərhixteqan” qəzeti yazıb.

“Əli Xamenei mesajında bildirib ki, Rusiya 12 günlük müharibə zamanı İslam Respublikasının gözləntilərini doğrultmayıb”, - qəzet bildirib.

Nəşr İsrail-İran müharibəsində Moskvanın mövqeyinin müttəfiq ölkəyə yaraşmadığını qeyd edib:

“Müharibənin əvvəlində ruslar münaqişənin sona çatmasını istəyir, İsraili işğalçı kimi tanıyır və İsrailin hücumunu pisləyirdi. Ancaq ümumilikdə onların mövqeyi o qədər də güclü deyildi və İranın gözlədiyi kimi olmadı. Tehran rusların bu məsələdə daha möhkəm dayanmalarını, daha sərt və ciddi mövqe ifadə etməsini gözləyirdi, bu isə olmadı”.

Qeyd edək ki, 2025-ci ilin yanvarında İran və Rusiya uzunmüddətli əməkdaşlığı gücləndirmək məqsədi ilə hərtərəfli strateji anlaşma memorandumu imzalayıblar.

Tarix
2025.07.15 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla