Yuxarı

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Həmin ərazidəki qaraj tipli evdə yaşayan 1995-ci il təvəllüdlü Valeh Məmmədov (soyad şərtidir) iki dəfə "ailə həyatı qurub". Onun birinci həyat yoldaşından 4, ikinci nikahdankənar həyat yoldaşından isə 1 övladı dünyaya gəlib. O, hər iki həyat yoldaşı ilə həmin qarajda yaşayıb. Valeh yaşadığı evin qarşısında ailə üzvləri ilə çay içərkən Emil adlı qonşu onlara yaxınlaşaraq telefonla çəkiliş etməyə başlayıb. Emil ailənin səs-küy salmasından şikayətlənib və bu barədə çəkiliş edib sosial şəbəkələrdə paylaşmaq istəyib. Valeh onun bu hərəkətlərinə etiraz etsə də, Emil çəkilişə davam edib. Nəticədə aralarında mübahisə yaranıb və Valeh hər iki həyat yoldaşı ilə birləşib Emili döyüb. Onlar Emilin baş və bədən nahiyələrinə müxtəlif xəsarətlər yetiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə V.Məmmədova 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Tarix
2025.07.15 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

Prezident açıqladı: Ölkədə ilk dəfə bu sistem yaradılır

ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək

Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır

Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...

Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla