Yuxarı

Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants

İstədiyinə nail olan Bakı Sünikdən (Qərbi Zəngəzur) keçən marşrutun adları ilə bağlı mübahisələrə son qoymaq qərarına gəlib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli telekanallara müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

İlham Əliyev müsahibədə Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizinin açılacağına şübhə etmədiklərini bildirib:

“Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi olaraq həll etməli olduğumuz bütün məsələlər istədiyimiz kimi həll edilib”.

Surenyantsın sözlərinə görə, layihənin adının “Tramp yolu”, Zəngəzur dəhlizi və ya başqası olmasından asılı olmayaraq, əsas məsələ bu yolun əməliyyat parametrləridir:

“Təhlükəsizlik rejimi, gömrük və pasport nəzarəti, eləcə də bu rejimin Ermənistanın yurisdiksiyası və suverenliyini məhdudlaşdırıb-məhdudlaşdırmadığını və digər şeyləri anlamaq vacibdir. Bu baxımdan, Azərbaycanın istədiyinə nail olduğunu düşünürəm. Əliyevin də açıqlamasına əsasən, sözügedən marşrut Azərbaycanın tələblərinə tam cavab verir”.

Tarix
2026.01.08 / 09:40
Müəllif
Axar.az
Digər xəbərlər

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla