Yuxarı

Bu ay Xıdırlıya 188 ailə köçürüləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ay Xıdırlıya 188 ailə köçürüləcək

Ağdamın Xıdırlı kəndinə köç üçün işlərə başlanılıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı deyib.

Xüsusi nümayəndə bildirib ki, həmin tədbirlər çərçivəsində bu il Prezident İlham Əliyev ilk olaraq Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinin açılış mərasimində iştirak edib: "Ardınca Sarıcalı və Kəngərli kəndlərinin sakinləri artıq öz doğma torpaqlarına qayıdıblar”.

Onun sözlərinə görə, Xıdırlı kəndində köç üçün işlərə başlanılıb:

“Bu ay ərzində həmin kəndə ilkin olaraq 188 ailənin köçü təmin ediləcək. Növbəti iki ay ərzində isə müvafiq olaraq 195 və 390 ailənin köçməsi mümkün olacaq”.

Tarix
2025.07.15 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla