Yuxarı

Gündəlik stress ölüm riskini 5 dəfə artırır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gündəlik stress ölüm riskini 5 dəfə artırır

Stress ürək-damar xəstəliklərindən ölüm riskini beş dəfə artırır. Bu, niderlandlı tədqiqatçıların gəldiyi nəticədir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər müəyyən ediblər ki, 65 yaş yuxarı insanlar qanda kortizol səviyyəsinin yüksəlməsinə səbəb olan uzunmüddətli stress yaşayırlarsa, növbəti altı il ərzində ürək problemlərindən ölmə riski 5 dəfə artır.

Qeyd olunur ki, bu ölümlərə insult, infarkt, ürək tutması və kəskin ürək çatışmazlığı daxil ola bilər. Lakin stressin xərçəng kimi xəstəliklərin inkişafına əlavə təsiri yoxdur.

Qısamüddətli stressin bədənə müsbət təsir göstərdiyinə inanılır, lakin uzunmüddətli stress qan damarlarının funksiyasının pozulmasına və ürək problemlərinə səbəb ola bilər. Həmçinin qan təzyiqini və xolesterol səviyyəsini artırır ki, bu da ürəyə zərərlidir. Stress altında olan insanlar sağlam olmayan qidalar yeməyə, daha çox siqaret çəkməyə və spirtli içki qəbul etməyə meyllidirlər.

VU Universiteti Tibb Mərkəzinin tədqiqatçıları 65 yaşdan yuxarı 861 nəfərin sidikindəki kortizol səviyyəsini ölçdülər. Təhlil 24 saat ərzində bir dəfə aparıldı. Daha sonra onların sağlamlığı altı il ərzində izlənildi.

Məlum olub ki, ən yüksək kortizol səviyyəsinə malik iştirakçıların ürək-damar xəstəliklərindən ölmə ehtimalı beş dəfə çoxdur.

Tarix
2026.05.06 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla