Yuxarı

Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq

Çin tarixdə ən böyük ekoloji layihələrdən birini həyata keçirərək, Əlcəzair böyüklüyündə ərazidə ağaclar əkib.

Axar.az xəbər verir ki, bu barədə “Wirtualna Polska” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, 1980-ci illərdən bəri Çində təxminən 78 milyard yeni ağac əkilib. Lakin Tyanjin, Utrext və Çin Kənd Təsərrüfatı universitetlərinin alimlərinin apardığı araşdırma göstərir ki, Böyük Yaşıl Sədd layihəsi ciddi yan təsirlərə səbəb olub.

Tədqiqatçıların fikrincə, kütləvi yaşıllaşdırma ölkənin şərq və şimal-qərb regionlarında su ehtiyatlarının kritik dərəcədə azalmasına gətirib çıxarıb. Bu regionlar ölkə ərazisinin 74%-ni əhatə edir.

Araşdırma müəllifləri vurğulayırlar ki, yeni meşələr evapotranspirasiya prosesini gücləndirib. Bu, torpaqdan suyun buxarlanması və bitkilər tərəfindən atmosferə buraxılması proseslərinin birgə təsiridir. Nəticədə rütubət Tibeti yaylasına doğru yönəlib və sıx əhalili şərqi Çin su çatışmazlığı ilə üzləşib. Belə ki, çəmənliklərin meşəyə çevrilməsi buxarlanmanı və yağıntını artırır, lakin eyni zamanda su balansını pisləşdirir.

Məlumatlara görə, problem daha da kəskinləşir, çünki Çinin şimalında əhalinin 46%-i yaşasa da, su ehtiyatlarının cəmi 20%-i burada yerləşir.

Alimlər nəticə olaraq vurğulayırlar ki, Çində gələcək meşəbərpa proqramları hidrologiya dövriyyəsində baş verən dəyişiklikləri nəzərə almalıdır ki, bəzi regionlar içməli su və kənd təsərrüfatı üçün resurs çatışmazlığı ilə üzləşməsin.

Tarix
2026.05.06 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla