Yuxarı

Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Slovakiya Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Report Slovakiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.

"Azərbaycanla əməkdaşlığın genişləndirilməsində əsas prioritetlər: Slovakiya şirkətlərinə fəal dəstək, Azərbaycanda fəxri konsulluğun açılmasına hazırlıq və iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsidir", - qurumdan qeyd edilib.

Eyni zamanda bildirilib ki, Slovakiyanın xarici işlər naziri Yuray Blanar bu ölkənin Azərbaycandakı yeni təyin olunmuş səfiri Elçin Qasımovla görüşüb.

Görüş zamanı nazir vurğulayıb ki, Slovakiya Azərbaycanla münasibətlərin dərinləşdirilməsində qarşılıqlı maraq görür: "Ötən il Azərbaycan və Slovakiya arasında ikitərəfli əməkdaşlıq əhəmiyyətli dərəcədə güclənib. Slovakiyanın Baş nazirinin Bakıya səfəri zamanı biz strateji tərəfdaşlıq yolunda qarşılıqlı addımları aktivləşdirdik".

Öz növbəsində, E.Qasımov vurğulayıb ki, Azərbaycan müxtəlif sahələrdə Slovakiyanın iqtisadi tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir: "Azərbaycan özünü getdikcə daha çox Slovakiyanın perspektivli biznes tərəfdaşı kimi təqdim edir. Energetika və müdafiə sənayesi ilə yanaşı, bu, həmçinin İT və nəqliyyat sahəsinə də aiddir".

Tarix
2025.07.15 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla