Yuxarı

Sosial müavinət alanların sayında 20 min artım...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 20 min artaraq 865 min nəfərdən çox olub. Onların 462 mindən çoxunu aylıq sosial müavinət, 403 mindən çoxunu isə təqaüd alanlar təşkil edib. Ötən ilin eyni dövründə 448 min nəfərdən çox aylıq sosial müavinət, 397 min nəfərdən çox isə təqaüd alanlar vardı.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

“Rəsmi statistika göstərir ki, artımlar daha çox aylıq sosial müavinət alanların sayı ilə bağlı olub. Belə ki, həmin vətəndaşlarımızın sayında 14 min artım qeydə alınıb. Bu isə birbaşa aylıq sosial yardımların dairəsinin genişlənməsi və bəzi proqramların məlumatlandırma səviyyəsinin artması ilə bağlıdır. Belə ki, 2025-ci ilin əvvəlində Azərbaycanda 334 mindən çox şəxs ünvanlı dövlət sosial yardımı alıb. Ötən ilin əvvəlinə bu göstərici 275 min idi.

Göründüyü kimi, sosial proqramların dairəsinin genişləndirilməsi və daha çox vətəndaşımızı əhatə etməsi aylıq müavinət alanların sayında artım ilə müşahidə edilib”, - o bildirib.

Tarix
2025.07.15 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

Berdiməhəmmədov Qarabağa gəlir

Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

PKK-nın silahı yerə qoymasına Əliyevdən reaksiya

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla