
Kompüterdə işləyənlərin diqqətinə!
02:02
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Göyçə gölündə suyun səviyyəsi bu il iyulun 7-dən 13-nə kimi 2 santimetr aşağı düşüb. Bu göstərici ötən ilin eyni günü ilə müqayisədə də 2 santimetr azdır.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, iyulun 7-dən 13-dək Arpa-Göyçə su kanalı ilə Göyçə gölünə verilən suyun həcmi 1,015 milyon kubmetr təşkil edib. Bu göstərici yanvarın 1-dən iyulun 13-dək isə 95,632 milyon kubmetr olub. İyulun 7-dən 13-dək Göyçə gölündən Hrazdan SES-in şaquli kanalı ilə axıdılan suyun həcmi isə 13,059 milyon kubmetr təşkil edib.
Bəzi məlumatlara görə, göldə suyun səviyyəsinin aşağı düşməsi ilə yanaşı, çirklənmə də narahatlıq yaradır.
Tarix
2025.07.15 / 19:44
|
Müəllif
Axar.az
|