Yuxarı

Şahin Şıxlinskinin oğlu saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahin Şıxlinskinin oğlu saxlanıldı

2025.07.15. 21:25

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvəli Şıxlinski saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə "Maş" Teleqram kanalı məlumat yayıb.

Məlumata əsasən, M.Şıxlinskinin saxlanılmasına səbəb hüquq-mühafizə orqanı əməkdaşına zərər yetirməsidir. Onun hazırda sorğu-sual edildiyi bildirilir.

Qeyd edək ki, bundan öncə xüsusi təyinatlılar Şahin Şıxlinskinin maşınını qəfil mühasirəyə almışdılar və həmin zaman sükan arxasında olan Mutvəli hücum olduğunu düşünərək, arxaya vermiş, nəticədə polislərdən biri yerə yıxılmışdı.

***

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvəli Şıxlinski RF Cinayət Prosessual Məcəlləsinin 48 saat həbsi nəzərdə tutan 91-ci maddəsinə əsasən saxlanılıb.

Bu barədə “E1.ru” mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Mutvəli Şıxlinskinin evində axtarış aparılmalıdır, o, məhkəmə başlamazdan iki gün əvvəl saxlanılıb.

Bundan əlavə, Moskvada Şahin Şıxlinskiyə qarşı iş açılıb, mənbənin “E1.ru”ya verdiyi məlumata görə, cinayət işinin hansı maddə ilə başlandığı göstərilmir.

Tarix
2025.07.16 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla