
Bu görüntülər Ərdoğanı ağlatdı - Video
01:07
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Suriyanın cənubundakı İzra şəhərində komanda məntəqəsini və silah-sursat anbarlarını məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Suriya dövlət telekanalının məlumatında deyilir.
Dəməşqdən 65 km məsafədə yerləşən İzrada 12-ci Tank Alayının səhra düşərgəsi yerləşir. Komanda məntəqəsi, sursat anbarları və yanacaq anbarı məhv edilib.
Telekanalın məlumatına görə, təyyarələr Dəməşqdən cənub rayonlarına gələrək orada sabitliyi bərpa etmək və druz dağ özünümüdafiə qüvvələrini tərk-silah etmək üçün Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin mexanikləşdirilmiş kolonlarına hücum edib.
Tarix
2025.07.15 / 19:11
|
Müəllif
Axar.az
|