Yuxarı

11 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncamına uyğun olaraq tədbirlər görməyə başlayıb.

Bu barədə Axar.az-a Agentlikdən bildirilib.

Məlumata görə, Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Əsasən yararsız asfalt və çınqıl örtükdən ibarət yollarda payız və qış aylarında nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində problemlər yaşanırdı.

Yenidənqurma işləri bu problemin aradan qaldırılmasına və yol şəraitinin daha müasir standartlara uyğun olmasına hesablanıb. Əmirli-Xanağlı-Uğurbəyli yolu 27 kilometr, Alpout-Qarayusifli-Tumaslı yolu isə 5.5 kilometr uzunluğa malikdir. Hər iki yol IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bunun üçün yolların eni 10 metrə qədər genişləndirilir. Hazırda hər iki yolda yol yatağının genişləndirilməsi, qazma-dolğu və kipləşdirmə işləri aparılır. Bununla yanaşı, yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik suötürücü boruların tikintisi də icra olunub.

Layihənin Əmirli-Xanağlı-Uğurbəyli hissəsində Qarabağ kanalı üzərində yeni körpünün tikintisi də planlaşdırılır. Yeni körpü yolun təhlükəsizliyini və rahatlığını artıraraq, nəqliyyatın hərəkətinin fasiləsizliyini təmin edəcək. Hazırda sözügedən körpünün layihəsi hazırlanma mərhələsindədir.

Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri 15 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında gediş-gəlişi xeyli yaxşılaşacaq, Bərdə şəhər mərkəzinə hərəkət daha müntəzəm və təhlükəsiz olacaq, bu da ərazi üzrə sosial və iqtisadi inkişafa mühüm töhvə verəcək.

Tarix
2025.07.15 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

Berdiməhəmmədov Qarabağa gəlir

Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

PKK-nın silahı yerə qoymasına Əliyevdən reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla