Yuxarı

Xətaidə "Dahi" adlı konsert proqramı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonunda iyulun 14-də Xətai rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş "Dahi" adlı konsert proqramı təşkil edilib.

Axar.az xəbər verir ki, Heydər Əliyev parkında amfiteatr səhnəsində keçirilən konsertdə Xətai rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkili Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin rəisi Nicat Həsənov, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Zaur Quliyev, şəhid ailələri, qazilər, H.Əliyev adına Ali Hərbi İnstitutun hərbiyyələri, ziyalılar və sakinlər iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə parkda təşkil olunmuş, Ulu Öndərin portretləri əks olunan ipək xalça sərgisinə tamaşa ediblər.

Daha sonra tanınmış incəsənət ustaları Ulu Öndərə həsr edilmiş musiqiləri tamaşaçılara təqdim ediblər.

Sonda atəşfəşanlıq olub. Konsert sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Tarix
2025.07.15 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

İki əzəli düşmən birləşir... – Telegraf

Berdiməhəmmədov Qarabağa gəlir

Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

PKK-nın silahı yerə qoymasına Əliyevdən reaksiya

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış

Paşinyan Bakıya görə Trampın təklifini rədd etdi

Bakı-Moskva münasibətləri buna görə gərginləşdi - Şok versiya

Sobçak Rövşən Məmmədovu hədəf aldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla