Yuxarı

Astarada azadlığa çıxan kişi dərhal həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda azadlığa çıxan 45 yaşlı kişi yenidən həbs edilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, rayon sakini, 1980-ci il təvəllüdlü Həsən Zöhrabov (ad və soyad şərtidir) saxlanılıb və 10 sutka inzibati qaydada həbs edilib. O, Astara Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilib.

10 sutka başa çatandan sonra H.Zöhrabov müvəqqəti saxlama yerindən azad edilib. Amma onun azadlığı bir neçə dəqiqə çəkib. Həsən həbsdən azad olunarkən şöbənin inzibati binasında polis əməkdaşlarını təhqir edib. O, şöbə əməkdaşlarına - "utanmazlar, məni heç nədən həbs etdilər", - deyərək ətrafdakılara təhqiredici ifadələr işlədərək səs-küy salıb. Polis əməkdaşları onu sakitləşməyə çalışsalar da, o, yenidən əməllərinə davam edib. H.Zöhrabov yenidən saxlanılıb və barəsində təkrar inzibati protokol tərtib edilib.

Astara Rayon Məhkəməsinin qərarı ilə H.Zöhrabov yenidən 15 sutka inzibati həbs edilib.

Tarix
2025.07.15 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

İki əzəli düşmən birləşir... – Telegraf

Berdiməhəmmədov Qarabağa gəlir

Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

PKK-nın silahı yerə qoymasına Əliyevdən reaksiya

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış

Paşinyan Bakıya görə Trampın təklifini rədd etdi

Bakı-Moskva münasibətləri buna görə gərginləşdi - Şok versiya

Sobçak Rövşən Məmmədovu hədəf aldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla