Yuxarı

Eldar Mahmudov kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eldar Mahmudov kimdir?

Milli Təhlükəsizlik naziri görəvindən ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə ayrılan Eldar Mahmudov tanınmış alim, akademik Əhməd Mahmudovun oğludur.

Axar.az xəbər verir ki, Naxçıvanın Şaxtaxtı kəndində anadan olan Əhməd Mahmudov (1923-1989) SSRİ Elmlər Akademiyasında (Moskvada) alimlik dərəcəsi alıb, onun təşəbbüsü ilə İqtisadiyyat İnstitutu təsis edilib, yüzlərlə elmi əsərin müəllifidir.

Eldar Mahmudov 1956-cı ildə Bakıda doğulub. 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət edib. 1993-cü ildə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsini daşıyıb.

1993-2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləyib. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

23 iyul 2004-cü ildə İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri təyin olunub və general-mayor rütbəsi alıb. 16 mart 2005-ci ildə general-leytenant, 27 mart 2014-ci ildə general-polkovnik rütbəsi verilib.

O, Prezident İlham Əliyevin 17 oktyabr 2015-ci ildə verdiyi sərəncamla vəzifədən azad edilib.

Tarix
2015.10.18 / 11:44
Müəllif
Axar.az
Digər xəbərlər

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla