Bu xəstəliklər xərçəngə çevrilə bilər - Xəbərdarlıq
02:25
Ana səhifə Gündəm |
"Təmas xəttindəki zorakılıq və gərginlik konfliktin sülh yolu ilə nizamlanması prosesini baltalayır".
"Axar.az" xəbər verir ki, bu sözləri Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceym Uorlik öz Tvitter səhifəsində yazıb.
Amerikalı həmsədr həmçinin yanvarın 20-də təmas xəttində baş vermiş toqquşma ilə əlaqədar ölmüş erməni əsgərinə görə kədərləndiyini də bildirib.
Qeyd edək ki, Ermənistan mətbuatı yanvarın 20-də Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun təmas xəttində təxribat törətməsi haqqında informasiya yaymışdı. Azərbaycan Müdafiə Nazirliyi dərhal buna reaksiya verərək yayılan xəbərlərin əsassız olduğunu bildirmişdi.
Tarix
2014.01.21 / 14:04
|
Müəllif
İlkin Həsənov
|