Ötən gün Türkiyədə baş tutan
parlament seçkisində səslərin sayılması tamamilə başa
çatıb.
Axar.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, seçkidə
48 milyon 522 min 149 nəfər iştirak edib. Onlardan 47 milyon 837
min 577 seçicinin səsi qeydə alınıb.
Yekun nəticədə AKP 49,48 faiz səslə təkbaşına iqtidar olub və
parlamentdə 317 yer qazanıb.
CHP 25,31 (134 millət vəkili), MHP 11,90 (40 millət vəkili), HDP
10,75 (59 millət vəkili), digər partiyalar isə 2,56 faiz səs
toplayıb.
HDP ölkənin şərqindəki rayonlarda qalib gəldiyi üçün MHP-yə
nisbətən parlamentdə daha çox yer qazanıb. MHP isə ölkənin heç bir
rayonunda qalib gələ bilməyib. Partiya ən yaxşı halda ikinciliklə
kifayətlənib.
HDP bununla da MHP-nin ən yaxşı 3-cü partiya ünvanını əlindən
alıb.
MHP-nin səs itirməsinə əsas səbəb kimi sədr Dövlət Baxçalının 7
iyun seçkisindən sonra AKP ilə koalisiyaya yaşıl işıq yandırmaması
və Azərbaycan əsilli siyasətçi Sinan Oğana qarşı münasibəti
göstərilir.