Yuxarı

AŞPA-da Qarabağla bağlı məruzə qəbul olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 4-də AŞPA siyasi komitəsinin Parisdə keçirilən iclasında britaniyalı məruzəçi Robert Valterin hazırladığı "İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə gərginliyin artması" adlı məruzə səsə qoyularaq qəbul olunub.

Azərtac xəbər verir ki, müzakirələr zamanı Ermənistan nümayəndə heyəti məruzəçiyə qarşı ittihamlar irəli sürüb və məruzənin qəbul olunmaması üçün cəhdlər göstərib. Yaranan vəziyyəti nəzərə alan komitə sədri məruzənin AŞPA-nın yanvar sessiyasına tövsiyə olunmasını səsverməyə qoyub və erməni deputatların ciddi səylərinə baxmayaraq, məruzə siyasi komitənin, demək olar, bütün üzvləri tərəfindən dəstəklənib və qəbul olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tərəfindən irəli sürülən təkliflər siyasi komitənin əksər üzvləri tərəfindən dəstəklənərək məruzəyə daxil edilib. Bu təkliflərə Ermənistan nümayəndə heyətinin konstruktivlikdən uzaq davranışı və apardığı siyasətin pislənilməsi və bu siyasətə son qoyulması,

Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı məsələlərin Ermənistanın birbaşa məsuliyyəti və onun törətdiyi işğalın nəticəsi olması, azərbaycanlıların Dağlıq Qarabağda qeyri–qanuni hökm əsasında girov saxlanılması və onların dərhal azadlığa buraxılması daxildir.

Tarix
2015.11.04 / 21:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla