18:03
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi
haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan elminin
inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdü verilib:
Hüseynov Emil Kamiloviç
Hüseynov Rauf Vəli oğlu
Qasımov Rafiq Yunisəli oğlu
Mahmudov Hikmət İsmayıl oğlu
Rüstəmov Musa İsmayıl oğlu
Rzayev Bayram Zülfüqar oğlu
Salahov Mustafa Səttər oğlu
Vəlixanova Fəridə Ağa Əli qızı.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan
irəli gələn məsələləri həll etmək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının "Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi
haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik
yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə
görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri
diplomu" ilə təltif ediliblər:
Azadəliyev Cəbrayıl Əbdüləli oğlu
Feyzullayev Əkpər Əkbər oğlu
İmanov Muxtar Kazım oğlu
Məmmədova Məsumə Hüseyn qızı
Mikayılov Xıdır Mustafa oğlu
Novruzov Novruz Əhməd oğlu
Salamzadə Ərtegin Əbdül Vahab oğlu.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına fəxri adların
verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik
yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə
görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları
verilib:
"Əməkdar elm xadimi"
Balakişibəyli Şahin Abdulhəlim oğlu
Əkpərov Zeynal İba oğlu
Əliyev Kamran İmran oğlu
Haşımzadə Firudin Məmməd Əli oğlu
Kazımov Qəzənfər Şirin oğlu
Qasımlı Məhərrəm Paşa oğlu
Qaşqay Rəna Bəyim Mir Tağı qızı
Muradov Şahbaz Musa oğlu
Mustafazadə Tofiq Teyyub oğlu
Səfərli Hacıfəxrəddin Yəhya oğlu
Vəlixanova Nailə Məmmədəli qızı
Yetirmişli Qurban Cəlal oğlu
Zamanov Paşa Bayram oğlu
"Əməkdar mədəniyyət işçisi"
Abbasova Mahirə Əkbər qızı
Babaxanlı Gülbəniz İbrahim qızı
Baxşəliyeva Sona Əli qızı
Cəfərova Əminə Məzahir qızı
Əliyev Fəxrəddin Vəli oğlu
Mehdiyev Tələt Rzaqulu oğlu
Məmmədvəliyev Seyfəddin Mansum oğlu
"Əməkdar mühəndis"
Abbasov Vasif Bilal oğlu
Abdullayev Bəylər İbrahim oğlu
Abdullayev Fətəli Nəriman oğlu
Ağayev Adil Mustafa oğlu
Əfəndiyeva Elza Niman qızı
Ələkbərov Rəşid Qurbanəli oğlu
Əmirov Əjdər Məmmədəli oğlu
İskəndərov Ramiz İman oğlu
Kərimov Kamal Teymur oğlu
Quliyev Qəmbər Ağaverdi oğlu
Məmmədov Rüfət Fərzulla oğlu
Rəhmanov Rəhman Ağaverdi oğlu
Rüstəmov Muxtar İbrahim oğlu
Rzayev Pərviz Fikri oğlu.
***
Azərbaycan Respublikası Prezidenti İlham
ƏliyevAzərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif
edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik
yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə
görə aşağıdakı şəxslər təltif ediliblər:
"Şərəf" ordeni ilə
İbrahimov İsmayıl Əli oğlu
"Şöhrət" ordeni ilə
Abdinov Cavad Şahvələd oğlu
Əli-Zadə Validə Mövsüm qızı
Əzizov Akif Həmid oğlu
Kəlbəliyev Qüdrət İsfəndiyar oğlu
Qədirov Fəxrəddin Əbülfət oğlu
Quluzadə Zümrüd Əliqulu qızı
Məmmədov Tofiq Sadıq oğlu
Mövsümzadə Mirzə Məmməd oğlu
Nüsrətov Oqtay Qüdrət oğlu
"Tərəqqi" medalı ilə
Abıyev Hafiz Xeyrulla oğlu
Babayev Ramiz İmran oğlu
Babazadə Aliyə Dadaş qızı
Bəşirli Xatirə Bədrəddin qızı
Bəylərov Cabbar İsa oğlu
Eybatov Tariyel Mahmud oğlu
Əliyev Ramiz Tağı oğlu
Əminov Naib Xalıq oğlu
Əmirova Gülarə Abil qızı
Əzizova Fəridə Əhəd qızı
Hacılı Raiq Əli oğlu
Hacıyeva Gülarə Davud qızı
Hacıyeva Zemfira Əli qızı
Haqverdiyev Abil Tağı oğlu
Həsənov Məhərrəm Səməd oğlu
Həsənov Sudef Davud oğlu
İsgəndərov Asəf Talıb oğlu
İsmayılov Nəriman Məmməd oğlu
Kərimov Paşa Əli oğlu
Qasımov İsmət Ağaməli oğlu
Quliyev Varis Muxtər oğlu
Lətifova Yeganə Nazim qızı
Mahmudov Arzu Hidayət oğlu
Mehdiyev Arif-Ala Əli-Ovsəd oğlu
Məmmədov Sabir Əhməd oğlu
Mirzoyeva Nailə Bəhmən qızı
Munşiyeva Mina Kərimovna
Musayev Oruc İbrahim oğlu
Paşayev Fərhad Fərhad oğlu
Sadıqov Nazim Məhərrəm oğlu
Sadıqova Sayalı Allahverdi qızı
Səfərova Mehparə Rəsul qızı
Səidova Mədinə Tacəddin qızı
Şahmuradov İlham Əyyub oğlu
Şərifov Kamandar Kazım oğlu
Tağıyev Rasim Mustafa oğlu
Tanırverdiyev Xalid Kazım oğlu
Vəliyeva Kamilə Abdulla qızı.
18:41
İlham Əliyev Şəki şəhərində abadlıq-quruculuq işlərinin
sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam
imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycanın qədim mədəniyyət
mərkəzlərindən biri hesab edilən Şəki şəhərində son illərdə mühüm
infrastruktur və sosial yönümlü layihələr həyata keçirilmiş, o
cümlədən Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Şəki
Məhkəmələr Kompleksi, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid
ailələri üçün 114 mənzilli 4 yaşayış binası inşa edilmiş, Şəki
Dövlət Dram Teatrının binası, 3500 yerlik şəhər stadionu yenidən
qurulmuş, bir sıra tarixi və mədəniyyət abidələri bərpa olunmuş,
müasir tələblərə cavab verən yeni turizm obyektləri, emal və
istehsal müəssisələri, modul tipli elektrik stansiyası tikilərək
istifadəyə verilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri
aparılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, Şəki şəhərində abadlıq-quruculuq
işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Şəki şəhərində abadlıq-quruculuq işlərinin daha da
sürətləndirilməsi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş)
milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş
qaydada təmin etsin.
19:03
İlham Əliyev F.M.Əliyevə və R.S.İsmayılova "Əməkdar
mühəndis" fəxri adının verilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Bakı Metropoliteninin istismarı sahəsində səmərəli
fəaliyyətlərinə görə Fuad Məmməd-Hüseyn oğlu Əliyevə və Rauf Səməd
oğlu İsmayılova "Əməkdar mühəndis" fəxri adı verilsin.
***
İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinin
"Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq
qərara alıram:
Bakı Metropoliteninin istismarı sahəsində səmərəli
fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif
edilsinlər:
Arslanbekov Ebazer Şevketoviç
Dəmirov Camal Abdulsəməd oğlu
Eyubov Şaiq Veys oğlu
Gülməmmədov Məcid Xəlil oğlu
Hüseynov Vüsal Təvəkkül oğlu
Mirzəyev Söhrab Ağamirzə oğlu
Şikarov Ramiz Şükür oğlu
Tağıyev Kərəm Qələndər oğlu.
***
İlham Əliyev Zaqatala şəhərində abadlıq-quruculuq
işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri
ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
Zaqatalada abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə
şəhərin mənzil fonduna daxil olan 12 çoxmənzilli binanın əsaslı
təmiri məqsədi ilə qərara alıram:
1. Zaqatala şəhərində abadlıq-quruculuq işlərinin davam
etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata
keçirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç)
milyon, o cümlədən 12 çoxmənzilli binanın əsaslı təmiri üçün 2,0
(iki) milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün
1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş
qaydada təmin etsin.
***
İlham Əliyev Qorağan-Qax-Zaqatala avtomobil yolunun
Qax-Zaqatala hissəsinin tikintisi ilə bağlı tədbirlər haqqında
sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala
hissəsinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci
il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat
ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş
qaydada təmin etsin.