Yuxarı

Bakıda sümüksüz ət satışı qadağan edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sümüksüz ət satışı qadağan edildi

"Bakı Şəhər Baytarlıq İdarəsinin əmri ilə sümüksüz ətin satışı qadağan edilib".

Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Mətbuat katibi bildirdi ki, mağazalarda satılan ətin mənşəyinin müəyyənləşdirilməsi üçün sümüksüz ət satışının qarşısı alınır: "Mənşəyi məlum olmayan ətin satışı narahatçılıq doğurur. Buna görə də mağazalar, ət kəsim məntəqələri, eləcə də bazarlarda sümüksüz ətin satılmasının qarşısı alınacaq".

Y.Xanvəli qeyd etdi ki, əmrin icrası məqsədilə rayon icra hakimiyyətlərinə, baytar həkimlərinə, eləcə də ət kəsimi məntəqələrinə xəbərdarlıq edilib: "Yalnız alıcının gözü qarşısında ət sümükdən ayrılıb satıla bilər. Yəni alıcı sümüksüz ət almaq istəyərsə, satıcıdan ətin gözü qabağında sümükdən ayrılaraq verilməsini istəyə bilər".

Xüsusi icazəyə gəldikdə isə ət emalı ilə məşğul olan müəssisələr rəsmi müraciət edərək icazə almalıdılar. Y.Xanvəli qeyd etdi ki, sümükdən ayrılan ət xüsusi qablaşdırmada ola bilər: "İcazə verilərkən ətin mənşəyi, istifadəyə yararlı olub-olmadığı yoxlanılacaq. Qablaşdırılmış ətin üzərində verilən icazə, əti emal edən müəssisənin adı, ünvanı, VÖEN-i, telefon nömrələri mütləq qeyd edilməlidir. Əks halda sümüksüz ətin satışının qarşısı alınacaq".

Qadağan iri marketlərə də şamil ediləcək. Əmrin tələblərinin yerinə yetirilməməsinə gəldikdə isə Y.Xanvəli dedi ki, həmin şəxs və ya sahibkar Mülki Məcəllənin tələblərinə uyğun cəzalandırılacaq ("Virtualaz").

Tarix
2014.01.23 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

Tokayev Xəzərə görə dünyaya çağırış etdi

Tokayev: Bakı və İrəvan arasında sülh...

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Foto

Azərbaycan və Ermənistan nümayəndələri “Zod”da

Baş nazir Aşqabadda mühüm forumda iştirak edir

İrəvanın AB ilə sazişi - Yenə Bakıya qarşı oyun qurulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla