Yuxarı

“Yenidən məktəbə” festivalı keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Yenidən məktəbə” festivalı keçiriləcək

Sentyabrın 12-də Park Bulvar Alış-Veriş Mərkəzində uşaqlar üçün əyləncə və maarifləndirici proqramlardan ibarət “Yenidən məktəbə” festivalı keçiriləcək.

Yeni tədris ilinin başlanması münasibətilə “Azersun Holding”in müxtəlif markalarını bir araya gətirən “Yenidən məktəbə” festivalı sentyabrın 12-də Park Bulvar Alış-veriş Mərkəzində keçiriləcək. Saat 16:00-dan 20:00-dək davam edəcək festivalın əsas məqsədi uşaqların qayğısız yay tətili ilə xoş əhval-ruhiyyədə vidalaşmasına və yeni tədris ilinə yüksək motivasiya ilə başlamasına dəstək olmaqdır.

Festivalda “Azərçay”, “Bizim Tarla”, “Azərsüd”, “Bazarstore”, “Shokki Mokki”, “Sun”, “Qaf” və “Joyzz” markaları iştirak edəcək. Brendlər uşaqlar üçün xüsusi hazırlanmış əyləncə proqramları, oyunlar, ustad dərsləri və interaktiv fəaliyyətlər təqdim edəcəklər.

Festival proqramı uşaqların həm əylənməsi, həm də yeni bacarıqlar qazanması üçün müxtəlif fəaliyyətləri əhatə edir. Gün ərzində hədiyyəli yarışlar, sevimli qəhrəmanlarla görüş, sehrbaz şousu, şar şousu, köpük şousu, oyunlar və müxtəlif ustad dərsləri keçiriləcək.

“Yenidən məktəbə” festivalının əsas xüsusiyyətlərindən biri uşaqlar üçün əyləncəni faydalı fəaliyyətlərlə birləşdirməsidir. Ustad dərsləri və interaktiv proqramlar vasitəsilə balacalar yaradıcılıqlarını inkişaf etdirmək, yeni bacarıqlar əldə etmək və həmyaşıdları ilə birlikdə maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.

Festivalda valideynlər də diqqətdən kənarda qalmayacaq. “Valideyn Akademiyası” çərçivəsində psixoloqun maarifləndirici çıxışı keçiriləcək. Görüş zamanı uşaqların məktəbə adaptasiyası, dərsə motivasiyasının artırılması, yeni tədris ilinə emosional hazırlığı və məktəb rejiminə uyğunlaşması ilə bağlı valideynlər üçün faydalı tövsiyələr veriləcək.

Beləliklə, “Yenidən məktəbə” festivalı yeni tədris ilinə hazırlığı uşaqlar üçün sevinc, əyləncə, yaradıcılıq və yeni kəşflərlə dolu bir başlanğıca çevirməyi hədəfləyir.

“Yenidən məktəbə” festivalı sentyabrın 12-də, saat 16:00-dan 20:00-dək Park Bulvar Alış-veriş Mərkəzinin 3-cü mərtəbəsində keçiriləcək. Festivala giriş sərbəstdir.

“Azersun Holding” markaları bütün ailələri yeni tədris ilini birlikdə, xoş əhval-ruhiyyə və unudulmaz anlarla qarşılamağa dəvət edir.

Tarix
2026.09.08 / 11:31
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla