Yuxarı

İran səfirliyimizə hücumla bu mesajı verir – Zahid Oruc

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran səfirliyimizə hücumla bu mesajı verir – Zahid Oruc

İranda Azərbaycan səfirliyinə qarşı hücum bu ölkənin Vətən müharibəsindəki qələbəmizdən sonra həyata keçirdiyi siyasətin birbaşa nəticəsi, davamı, əməli şəkildə həyata keçirilməsi aktıdır. Heç şübhəsiz ki, bu, terror əməlidir. İlk növbədə hadisənin açıq-aşkar hədə və bunun bir qorxu yaradılması, mesaj verilirmiş kimi bir səviyyədə planlaşdırılmasının şahidi olduq.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc Azərbaycanın İrandakı səfirliyində baş verən teraktla bağlı danışarkən deyib.

Millət vəkili qeyd edib ki, İran hakimiyyətinin əsası elə səfirliklərə hücum üzərində qurulub:

“1979-cu ildə islam inqlabçıları Amerika səfriliyinin 53 əməkdaşını girovluqda 444 gün saxlamışdı. Bunun nə demək olduğunu hamı yaxşı başa düşür. Səfirliklər toxunulmazdır. Təkcə Vyana Konvensiyası deyil, bütün qanunlarla qorunur. Başqa mənada onun məkanı, ərazisi mənsub olduğu ölkənin bir torpaq parçası sayılır və ora edilən hücum dərhal o dövlətin əleyhinə yönəlmiş tədbir kimi məna kəsb edir. Bu anlamda biz sırf hüquqi müstəvidə hadisənin kriminal, adi məişət olayı kimi təqdim edilərək dəyərləndirməsi səpkisində izazdırıcı versiyaların tələsinə düşən deyilik. Görürük ki, qırmızı xətlər çəkən, Azərbaycanın qələbəsini özünə məğlubiyyət görən, Ermənistandan daha çox erməni olan və Ermənistanla "iki millət, bir dövlət" formulunda hərəkət edən İran ölkəmiz içərisində dayaqlarının sarsıldığını, məxfi agentlərinin ifşa edildiyini gördükdən sonra belə əməliyyatlar gerçəkləşdirir”.

Deputat həmçinin onu da bildirib ki, Azərbaycanın İsraildə səfirliyini açması qərarı da buna təsir edib:

“Bu gün meydanlarda olan İran əhalisi - orada yaşayan soydaşlarımız da, sadə farslar da - rejimin qəddarlığından əziyyət çəkir. Bu fonda biz nəyin şahidi oluruq? Onlar mesaj verirlər ki, qələbədən sonra azad torpaqlara qayıdışı, Zəngəzur dəhlizinin açılmasını, Laçın-Xankəndi yolunda ölkəmizin suveren aktlarını gerçəkləşdirəcəyiksə, bu, İranın mənafelərinə zərbədir. Zəngəzur məsələsinə İran necə reaksiya verir? Biz, sən demə, Naxçıvanla tam coğrafi əlaqə qurandan sonra Ermənistan və İran arasına Çin səddi çəkəcəyik. Bu, hər gün İran rəsmi hakimiyyət orqanlarının media strukturlarının yaydığı şərhlər, xəbərlərdir. Bunun müqabilində belə bir əməlin törənəcəyini gözləmək tamamilə real idi. Dəfələrlə bu yöndə proqnozlar verilirdi.

İran düşünürsə ki, xarici təhlükə amili ilə xalqı əsarətdə saxlaya biləcək – səhv edir: bu, çox uzun illər sınaqdan keçmiş və işə yaramayan bir vasitədir. İranın xarici düşmənləri və üzərinə basqı edən dövlətlər çoxdur, Tehran bizi də gərək, düşmənə çevirməsin”.

Tarix
2023.01.28 / 09:09
Müəllif
Mehriban Xəlilli
Digər xəbərlər

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla