Yuxarı

Türkiyəli deputatlar Qərbi Azərbaycan İcmasında - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəli deputatlar Qərbi Azərbaycan İcmasında - Foto

Fevralın 4-də Qərbi Azərbaycan İcmasında Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvü ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, türkiyəli qonaqları salamlayan Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli qardaş ölkənin parlamentarilərinin icmanı ziyarət etməsinin böyük mənəvi önəm daşıdığını bildirib. Azərbaycanlıların ötən əsrdə dörd dəfə öz doğma torpaqlarından qovulması barədə məlumat verən İcma sədri bu hadisələr zamanı soydaşlarımıza qarşı törədilmiş müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər barədə danışıb.

İcmanın Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Azərbaycan–Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov qeyd edib ki, yurdlarından qovulmuş azərbaycanlıların İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə və digər beynəlxalq konvensiyalar çərçivəsində tanınmış hüquqlarının təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir.

TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım azərbaycanlıların başına gətirilən müsibətlərə görə təəssüf hissi keçirdiyini bildirərək, beynəlxalq konvensiyalara uyğun olaraq onların geri qayıtmaq hüququnun bərpasının zəruriliyini vurğulayıb.

Görüşdə Qərbi Azərbaycan İcmasının əsas orqanlarının rəhbərləri, həmçinin türk deputatlar Orhan Ərdəm, Yunis Kılıç, Tülay Kaynarca, Uğur Bayraqtutan, Yaşar Qaradağ, TBMM-in Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Ərtoğrul Akay, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı Öncü Günəş iştirak ediblər.

Tarix
2023.02.04 / 18:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla