Antalyada baş tutacaq G20 zirvə toplantısı çərçivəsində
ikitərəfli görüşlər nəzərdə tutulur.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Ekspert noyabrın 15-də Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla
Azərbaycan Prezidenti İlham Əliyev arasında gözlənilən görüşdən
danışıb:
"Çox güman ki, bu görüşdə geosiyasi vəziyyətdən başqa, müvafiq
qaz kəmərlərinin Türkiyə ərazisindən keçməsi, xüsusilə də enerji
resurslarının Avropaya daşınması kimi önəmli iqtisadi məsələlər
müzakirə ediləcək. Həmçinin ikitərəfli hərbi, siyasi məsələlər də
gündəmdə olacaq. Çox maraqlı haldır ki, sammit ərəfəsində Rusiya
Prezidenti Vladimir Putinin Türkiyə və ABŞ dövlət başçıları ilə
ikitərəfli görüşləri gözlənilir. Ümumiyyətlə, bu görüşlərdə Türkiyə
Azərbaycanın bir təmsilçisi kimi çıxış edə bilər. Bu gün
Azərbaycanın əsas problemi Dağlıq Qarabağ münaqişəsidir. Ona görə
də məsələnin həlli və Ermənistanla müvafiq addımların atılması
istiqamətində çox güman ki, ciddi söhbətlər aparılacaq. Bu
nöqteyi-nəzərdən Rusiya və Azərbaycan prezidentlərinin görüşü
istisna deyil".
Qeyd edək ki, Böyük İyirmiliyin (G20) Zirvə Toplantısı bu il
noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində təşkil ediləcək.
Azərbaycanın isə G20-də müşahidəçi statusunda iştirak edəcək.