Yuxarı

Markedonov: Ermənilər Rusiyadan bunu tələb edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Markedonov: Ermənilər Rusiyadan bunu tələb edir

Rusiya Ermənistanla Azərbaycan arasında seçim edə bilməz, tarazlıq saxlamalıdır, lakin bu balans ermənilərin nikbinliyini artırmır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“Erməni cəmiyyəti Rusiyanın bütövlükdə yalnız İrəvanı dəstəkləməsini çox istəyir və tez-tez deyir: “Türkiyə Azərbaycanın müttəfiqidir, həmişə onun tərəfindədir. Amma Rusiya Ermənistanla Azərbaycan arasında birtəhər tarazlıq saxlayır, ruslar da Türkiyə kimi olmalıdır”. Onlara cavab verirəm ki, bu işləməyəcək, bizim fərqli məqsədlərimiz var. Biz deyirik ki, nə ermənilər, nə də azərbaycanlılar bizim düşmənimizdir, bir vaxtlar biz birlikdə ortaq dövlət qurmuşuq”, - o bildirib.

O xatırladıb ki, müxtəlif hesablamalara görə, Rusiyada 2 milyona yaxın erməni və 1 milyondan çox azərbaycanlı yaşayır:

“Üstəlik, XVIII əsrdən Rostov vilayətində çoxlu erməni, qədim zamanlardan isə Cənubi Dağıstanda, Dərbənddə azərbaycanlılar yaşayır. Onların hamısı rusiyalıdır. Müttəfiqlik sevgi deyil, müttəfiqlik Rusiya və Ermənistanın qarşılıqlı maraqlarıdır. Biz isə bu mövzularda məhsuldar danışmalıyıq, görüşlər keçirməliyik. Ermənistan və Rusiyada dünya haqqında təsəvvür fərqlidir. Bizdə asimmetrik qavrayış var. Dünya asayişinin liderlərindən biri olduğunu iddia edən nüvə dövləti ilə İkinci Qarabağ müharibəsində məğlub olan kiçik ölkə - bunlar müxtəlif çəki dərəcələridir”.

İrəvanın mühüm siyasi tərəfdaşları sırasında Fransa, Hindistan və İranı sadalayan politoloq bu ölkələrin Ermənistanın təhlükəsizliyinin təmin olunmasına Rusiya qədər sərmayə qoymayacağını vurğulayıb:

“Rusiyanın Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası üçün hərfi və məcazi mənada xəritələri var. Rusiya sülhməramlı kontingenti Qarabağdadır – pisdir, ya yaxşıdır, amma başqası da yoxdur”.

Tarix
2023.03.27 / 10:31
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla