Yuxarı

Hücumda birinci dərəcəli şübhəli... – Həsən Barın

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hücumda birinci dərəcəli şübhəli... – Həsən Barın

İrana qarşı çıxışları ilə tanınan Azərbaycan millət vəkili Fazil Mustafaya dünən gecə saatlarında evinin qarşısında “Kalaşnikov”la edilən və onun yaralanması ilə nəticələnən silahlı hücumu nifrətlə qınayır, hörmətli millət vəkilimizə Allahdan şəfa diləyirik!

Axar.az xəbər verir ki, bu barədə Zəngəzur Azadlıq Hərəkatının sədri, jurnalist Həsən Barının millət vəkili Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı yaydığı bəyanatda bildirilir.

“Hücumda birinci dərəcəli şübhəli olan farspərəstlər bilsinlər ki, əzmimizi qırmaq və bizləri qorxutmaq üçün təşkil edilən belə mesajlarla dolu aktlar İran işğalında olan Cənubi Azərbaycandakı qardaşlarımızın haqq mübarizəsinə verdiyimiz dəstəyi azaltmayacaq, biz türk milliyyətçilərini qorxutmayacaq. Şüurlu və haqlı şəkildə apardığımız Vətən, Millət və Dövlət uğrunda mübarizəmiz daha da qətiyyətli və sürətli şəkildə davam edəcək!”, - bəyanatda qeyd edilib.

Qeyd edək ki, 28 mart saat 21:51 radələrində millət vəkili Fazil Mustafa Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalıb. Millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılsa da, o, çiynindən və ayağından iki güllə yarası alıb. Hazırda o, həkimlərin nəzarəti altındadır və həyati təhlükəsi yoxdur.

Tarix
2023.03.29 / 18:13
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Müsəlman aləmində baş verən bəzi hadisələr... - Prezident

Prezident onları qəbul etdi - Foto

Zəngəzur dəhlizinin Ermənistana düşən 42 km-lik hissəsi...

Ərdoğan Azərbaycanı təbrik etdi - Foto

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var...

Kozinoğlu Bakıya niyə gəlmişdi? - Bir fotonun tarixçəsi

Bayramov və Mirzoyan Nyu Yorkda görüşəcək

İlham Əliyev Hakan Fidanı qəbul etdi - Foto

Bayramovla Fidan Bakıda görüşdü - Foto

Türkiyə XİN-dən Bakının azad olunması ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla