Yuxarı

“Artıq Ankaranın səbri tükənib”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məsələni ya beynəlxalq məhkəmə, ya da digər siyasi yollarla nizama salmaq mümkündür.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Türkiyənin Rusiya təyyarəsini vurması ilə bağlı hadisəni şərh edən sabiq dövlət müşavirinə görə,rus təyyarəsinin vurulması iri miqyaslı qarşıdurmalara gətirib çıxarmayacaq:

"Rusiya artıq bir neçə gündür ki, TürkmanDağı deyilən bölgədə Bayırbucaq və ona yaxın kəndlərdə yaşayan türkmanları bombardman edir. Məqsəd bu bölgədən türkmanların çıxarılması ilə onların qaçqın halındaTürkiyəyə axınını təşkil etməkdir. Türkiyə bildirir ki, ruslar İŞİD-ə qarşı savaşsalar da, əsas əməliyyatlar türkmanlara və ASO-ya qarşı aparılır. Bu, doğrudan da belədir. Rusiya Əsəd rejiminin əsas düşmənləri ASO-ya və onun tərkibində yer alan türkmanlara qarşı mübarizə aparır. Bu son hadisə Rusiya təyyarəsinin Türkiyə hava sərhədini pozması ilə əlaqədardır. Bundan əvvəl də Türkiyə sərhədi iki dəfə pozulub. Ancaq o zaman atəş açılmadı. Görünür, artıq Ankaranın səbri tükənib. Lavrov isə bəyanat verir ki, Rusiya Türkiyə sərhədini pozmayıb. Türkiyə isə bunun əksini isbat etməyə hazırdır. İndi məsələ ilə bağlı Rusiya ilə Türkiyə arasında Xarici İşlər və Müdafiə Nazirliyi xətti ilə ciddi danışıqlar gedir. Güman etmirəm ki, bir təyyarədən dolayı vəziyyət daha da gərginləşin. Çünki Rusiyanın hərəkətləri qeyri-qanunidir. Zənnimcə, NATO tezliklə bu məsələyə reaksiya verəcək. BMT TŞ-nin məsələ ilə bağlı toplanması mütləq görünür və tezliklə iclas keçirilə bilər. Bir sözlə, kritik bir vəziyyət yaranıb, ancaq bunun iri miqyaslı qarşıdurmalara gətirib çıxaracağına inanmıram. Çünki məsələni ya beynəlxalq məhkəmə, ya da digər siyasi yollarla nizama salmaq mümkündür".

Qeyd edək ki, bu gün səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus Su-24 qırıcısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı tərəfindən vurulub.

Tarix
2015.11.25 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Rabitəbank ABŞ bankı ilə işbirliyini müzakirə etdi - Foto

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla