Yuxarı

Ərdoğana qarşı plan: Putin buna görə Türkiyəyə gedir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Bayden Türkiyədəki 14 may seçkilərində Ərdoğanın yenidən prezident seçilməməsi, Rusiya Prezidenti Putin isə seçilməsi üçün əllərindən gələn hər şeyi edir və edəcəklər. Çünki 14 may seçkiləri həm də Türkiyənin öz gələcəyini ABŞ-la, yoxsa Rusiya ilə ittifaqda quracağının müəyyənləşəcəyi tarix olacaq.

Bayden administrasiyası Türkiyəni yenidən Ərdoğandan əvvəlki halına – ABŞ-dan tam asılı duruma və yalnızca NATO-nun tapşırıqlarını yerinə yetirəcək “döyüşçü dövlət” statusuna qaytarmağa çalışır. Amerikalılar yaxşı anlayırlar ki, Türkiyə olmazsa, NATO-nun Rusiya-Çin-İran üçbucağında hərbi əməliyyatlar aparmaq imkanı tamamilə məhdudlaşacaq, indiyədək görülən işlər heçə-puça çevriləcək və nəticədə, dünyanın mərkəzi sayılan, əsas nəqliyyat-enerji arteriyalarının keçdiyi bu strateji coğrafiyaya nəzarət rəqiblərinin əlində olacaq.

Eyni qaydada, Putin də yaxşı anlayır ki, bu mərhələdə rəqib cinahda Ərdoğan kimi potensial müttəfiq fiquru itirmək təkcə bütövlükdə Türkiyəni itirməklə yetməyəcək, həm də Ukrayna müharibəsi üzərində blokadaya alınan Rusiyanın Avropaya və Yaxın Şərqə nəfəsliyini bağlayacaq, o cümlədən Qara dəniz-Cənubi Qafqaz-Mərkəzi Asiya oxu üzrə Kremlə qarşı yeni, daha geniş qaynar cəbhənin açılması demək olacaq.

Bu səbəbdən 14 may seçkilərinə həm də Türkiyədə keçiriləcək Bayden-Putin dueli kimi baxmaq gərəkdir.

Baydenin adıyla bağlı olan və martın 28-29-da keçirilən II Qlobal Demokratiya Sammitinə NATO üzvü olan Türkiyənin növbəti dəfə dəvət edilməməsi artıq onun təsdiqidir ki, ABŞ Türkiyədəki 14 may seçkilərində Ərdoğanın qələbəsini indidən şübhə altına almağa və onu qeyri-legitim elan etməyə hazırlaşır. Çünki ABŞ tərəfinin elanına görə, onlar sammitə yalnız “demokratik seçki keçirən, insan hüquq və azadlıqlarının daha yaxşı qorunduğu ölkələr”i dəvət ediblər və bununla da Ərdoğanın növbəti dəfə avtoritar lider olduğuna, demokratik qaydada seçilmədiyinə eyham vurublar.

Bu, həm də o deməkdir ki, ABŞ Türkiyədə açıq şəkildə dəstək verdiyi “Altılı masa”nın namizədi qalib gəlməyəcəyi təqdirdə, Ərdoğanın seçkiləri saxtalaşdırdığı iddiasını irəli sürməyə, qələbəsini tanımamağa və seçkisonrası iğtişaşların təşkilinə, qeyri-demokratik yollarla dəyişikliklər ssenarisinin tətbiqinə indidən zəmin hazırlayır...

Şübhəsiz ki, Bayden administrasiyasının bu məkrli planlarından Prezident Putin də xəbərdardır və onun aprelin 27-də Türkiyəyə rəsmi səfərə gələcəyinin məhz II Demokratiya Sammitindən sonra açıqlanması Ərdoğana Rusiyanın seçkidə birmənalı dəstəyinin ifadəsi olmaqla yanaşı, onu ABŞ-ın təzyiqləri qarşısında tək qoymayacaqlarının elanı da sayıla bilər.

Artıq təsdiqlənmiş məlumatlara görə, aprelin 6-7-də Rusiya xarici işlər naziri Lavrov Türkiyəyə səfər edəcək. Böyük ehtimalla, Ərdoğan-Putin görüşünə hazırlığın bütün detalları məhz bu səfərdə geniş müzakirəyə çıxarılacaq.

Azərbaycan Rusiya-Türkiyə yaxınlaşmasından ən çox qazanan ölkələrdəndir və 44 günlük Qarabağ savaşındakı uğurlarımız həm də bu yaxınlaşma hesabına mümkün olub. Elə Qarabağdakı son tamamlama işlərimiz və Ermənistanla qalıcı sülhün əldə edilməsi də xeyli dərəcədə Rusiya-Türkiyə münasibətlərinin gələcəyindən asılıdır.

Bu münasibətlərin pozulmasını istəyən və buna çalışanlarsa təkcə ABŞ-ın Bayden adminstrasiyası deyil. Onlardan qidalanan hər kəs, o cümlədən Ermənistanda Paşinyan tərəfdarları, Azərbaycanda isə Əliyev əleyhdarları da Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasına qarşıdırlar və bu əməkdaşlığın dərinləşdirilməsini, ittifaqa çevrilməsini özlərinin ölüm hökmü sayırlar.

Hələliksə, Türkiyədə Bayden-Putin duelinə hazırlıqlar aparılır...

Tarix
2023.04.02 / 08:00
Müəllif
Elxan Şükürlü
Şərhlər
Digər xəbərlər

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

Ermənistanın bu açıqlamaları manipulyasiyadır - XİN

MM-dən XİN-ə: ABŞ Qafqaza geosiyasi rəqabət gətirir

ABŞ heç vaxt öz məsuliyyətini dərk etməyib - Müraciət

Ermənistan bu məsələni həll etməlidir - Əmirbəyov

Deputatlardan Bayramova müraciət: ABŞ-la sazişlərə xitam verilsin!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla