Yuxarı

Pəhləvi İsrailə gedir: nə dəyişəcək? - Babək Şahid

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pəhləvi İsrailə gedir: nə dəyişəcək? - Babək Şahid

Rza Pəhləvinin İsrailə səfəri İran daxilində ciddi bir dəyişikliyə səbəb olmayacaq. Bunu İsrail mənsubları da yaxşı bilir. Sadəcə, rəmzi mənası var və Tehrana siyasi mesaj verir.

Bu sözləri Axar.az-a Təbriz Araşdırmaları İnstitutunun mütəxəssisi Babək Şahid Rza Pəhləvinin İsrailə nəzərdə tutulan səfərinin məqsədi barədə danışarkən deyib.

O bildirib ki, Rza Pəhləvi müxalifət nümayəndəsi kimi təqdim edilsə də, onun İranda yüksək nüfuzu yoxdur:

“Pəhləvinin İranda ciddi mənada dəstəkçiləri yoxdur. Sadəcə, İranın fars və mərkəz bölgələrində qismən tərəfdarları var. Onun İsrailə səfəri nəinki yaxın, hətta uzunmüddətli dövrdə hər hansı dəyişiklik olacağına işarə etmir. Pəhləvidən öncə də digər müxalifət nümayəndələrinin İsrailə səfəri olub. Göründüyü kimi, ortada ciddi nəticələri yoxdur”.

Ekspert İranın gələcəyində yalnız Güney Azərbaycanın təsiredici rolu ola biləcəyini diqqətə çatdırıb:

“Güney Azərbaycan fars milliyətçiliyi ilə hərəkət edən heç bir qüvvənin yanında deyil və rejim müxalifətçilərini də dəstəkləmir. Çünki onlar Güney Azərbaycana düşməndirlər. İranın gələcəyində Güney Azərbaycan təsiredici rol oynaya bilər. Bunu müxalif güclər də bilir”.

Tarix
2023.04.18 / 09:12
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla