Yuxarı

PA rəsmisi: “Məmurlar yaddan çıxarmamalıdır ki…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
PA rəsmisi: “Məmurlar yaddan çıxarmamalıdır ki…”

Ölkə prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlara qayğı və diqqət gündən-günə artırılır.

Axar.az xəbər verir ki, bu sətirləri Prezidenti Administrasiyasının Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov öz qeydlərində yazıb.

PA rəsmisi 2015-ci il noyabrın 12-də imzalanmış "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Qanunun tətbiqi barədə fərmanı geniş yazısında şərh edib.

Onun sözlərinə görə, hər bir dövlət orqanında, idarə və müəssisədə, yəni müraciətə baxan subyektdə bu sahədə məsuliyyət daha da yüksəldilməlidir.

"İlk növbədə vacib məsələ qanunçuluğa riayət edilməsi, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şərait yaradılması, müraciətlərə dair vahid tələblərin müəyyən edilməsi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, bu işdə ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, şəffaflığın təmin edilməsi və vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılmasıdır".

Vətəndaşlar bilməlidirlər ki, Qanunun 6.9-cu maddəsində göstərildiyi kimi, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir".

S.İsmayılov qeyd edib ki, ölkənin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri böyük əhəmiyyət kəsb edir:

"Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdır ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir".

Tarix
2015.12.02 / 10:23
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Bakıda Azərbaycan-AB Təhlükəsizlik dialoqu keçirildi

ABŞ və İran razılaşdı - Təcili

Prezident Əminə Məhəmmədi qəbul etdi

Britaniya kralı İlham Əliyevə təbrik ünvanladı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Əminə Məhəmməd Azərbaycana gəldi

Şərifdən Əliyevə: Ərdoğanla birlikdə Azərbaycanda olmaq...

Yeni Kaledoniya məsələsi Fransanın daxili işi deyil - Xaokas

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla