Yuxarı

İran borca görə adaları satacaq – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran borca görə adaları satacaq – Ekspert

İranda iqtisadi vəziyyət o qədər ağırlaşıb ki, dövlət əmək pensiyaçılarının pulunu ödəməkdə çətinlik çəkir. Hətta Kəngər (Fars) və Bəsrə körfəzində olan adaların satılacağı, bu yolla borcların ödəniləcəyinə dair xəbərlər səsləndiriblər.

Bu sözləri Axar.az-a İran üzrə ekspert, güneyli iqtisadçı Mehdi Nəimi İranda iqtisadi durumun hazırkı vəziyyəti ilə bağlı danışarkən deyib.

O bildirib ki, iranlı məmur dövlətin borcu ilə bağlı həyəcan təbili çalıb:

“İranda Əmək Nazirliyində departament rəhbəri olan Səccad Padam borcun miqyası haqqında danışıb. Bildirib ki, dövlət borcu ödəmək üçün Kiş və Qəşm də daxil, körfəzdəki bir neçə adaları satmağa məcbur ola bilər. O, hətta Xuzistan vilayətindəki neft quyularının satıla biləcəyi ilə bağlı fikirlər də səsləndirib. O, bu fikirləri sözün həqiqi mənasında deməsə də, cəmiyyətdə panikaya səbəb oldu. Həmin şəxsi işdən qovdular. O isə vida olaraq “sədaqətin və doğru sözün bədəlini belə aldıq” mesajını yazdı. Bu mesajdan da bəlli olur ki, ölkədə ağır durumdan söz açan hər kəsi susdurmağa çalışırlar. Bu isə ölkə iqtisadiyyatını uçurumdan xilas etməyəcək”.

Ekspert İranın adalarını həqiqətən sata biləcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib:

“İranın buna bənzər təcrübələri olub. Ötən illərdə Çinlə 25 illik müqavilə imzalanıb. Təfərrüat xalqa məlum deyil. Bəsrə körfəzində balıqtutma işlərini Çinin həyata keçirdiyini bilirik. Onlar da dənizdə olan bütün balıqları tutdular və bu ərazidə dəniz nemətləri, balıq ehtiyatları demək olar ki, tükənib. İranın öz torpaqlarına bu cür münasibəti xalq tərəfindən hər zaman qəzəblə qarşılanıb. Lakin rejim bütün mövzularda olduğu kimi, torpaq və ərazi məsələsində də xalqın fikri ilə hesablaşmır”.

Mehdi Nəimi İranda baş verən inflyasiyanın səbəblərindən də danışıb:

“Bir zamanlar Yunanıstan da İran kimi çətin durumda idi və adaların satılması ilə bağlı söhbətlər gəzirdi. Lakin Yunanıstan iqtisadiyyatını düzgün qura bildi və Avropa ölkələri onu xilas etdi. İranda kor-korənə çoxlu pul kütləsi çap olunur. Bu da son illərin ən böyük inflyasiyasına səbəb olub. Ağır nəticələrinə isə xalq qatlaşmalı olur”.

Tarix
2023.05.06 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla