Yuxarı

Ərdoğan qalib gəldi, ermənilər məyusdur – İsti şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəcəb Təyyub Ərdoğan bu dəfə də qazandı, 21 il ərzində keçirilən bütün seçkilərin qalibidir. Müxalifətin formalaşdırdığı “Altılı masa” Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu uğura apara bilmədi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu türkiyədə bu gün keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini dəyərləndirərkən qeyd edib.

Politoloq K.Kılıçdaroğlunun uduzma səbəblərini bu cür izah edib:

“Birincisi, keçmiş nazirlər Əli Babacanla Əhməd Davudoğlu müxalifətə əlavə səs qazandıra bilmədilər, çox danışsalar da, Kamal Kılıçdaroğluya faydası olmadı. İkincisi, İYİ Partiyasının lideri Maral Akşənər ilk gündən Kamal Kılıçdaroğlunun yerinə qalib gələ bilən namizədin irəli sürülməsini istədi, hətta masadan qalxdı, ancaq onu eşidən olmadı. Üçüncüsü, “Altılı masa” vahid namizəd məsələsini çox gec müəyyənləşdirdi. Dördüncüsü, Kamal Kılıçdaroğlu PKK-nın siyasi qanadı ilə ittifaqda olmadığını cəmiyyətə izah edə bilmədi və bu səbəbdən milliyətçilərin səslərini qazana bilmədi. Beşinicisi, Kamal Kılıçdaroğlunun seçki kampaniyası zamanı Türkiyə vətəndaşlarının mənfi yanaşdığı ABŞ-a səfərinin və orada keçirdiyi görüşlərin ona xeyrindən çox ziyanı oldu”.

Ekspert bildirib ki, seçkinin nəticəsi olaraq Kamal Kılıçdaroğlu böyük ehtimalla partiyasından və siyasətdən çəkiləcək:

“Maral Akşənərin isə “axı mən sizi xəbərdar etmişdim ki, gəlin ya İstanbul, ya da Ankranın bələdiyyə başçısının namizədliyin irəli sürək” açıqlamasının aktuallığı artacaq və müxalifətdə çat əmələ gələcək. Buna baxmayaraq, Rəcəb Təyyub Ərdoğanın qarşısında mürəkkəb vəzifələr var. Bunlardan başlıcası iqtisadiyyatdakı geriləməni və dərinləşən inflyasiyanı durdurmaq və insanların rifah halını yüksəlməkdir. Azərbaycana gəldikdə müttəfiqlik daha da güclənəcək və bu bizə Qarabağda yerdə qalan məsələləri də həll etməyə imkan verəcək. Ərdoğanın qələbəsi erməniləri də məyus edib.

Rusiya Prezidenti Vladimir Putin Cənubi Qafqazda Ərdoğan faktoru ilə əvvəlkitək hesablaşacaq”.

Qeyd edək ki, sosial şəbəkələrin Ermənistan seqmentində Türkiyədəki seçkilərdə Ərdoğanın qələbəsindən məyusluq ifadə edilir.

Tarix
2023.05.28 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı

Azərbaycan bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla