Yuxarı

Tiflisdə SOCAR-ın binası önünə qərənfil düzüldü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə SOCAR-ın binası önünə qərənfil düzüldü - Foto

Gürcüstanda yaşayan soydaşlarımız, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr Xəzər dənizində baş vermiş faciədə həlak olan neftçilərin xatirəsini anıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, SOCAR-ın Gürcüstan nümayəndəliyinin ofisi qarşısına toplaşan gənclər "Günəşli" yatağının 10-cu platformasında yaşanan faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva dekabrın 4-də baş verən faciə ilə bağlı Gürcüstandakı soydaşlarımız adından həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verib, xəsarət alan neftçilərə isə şəfa arzulayıb.

Əllərində "Başın sağ olsun, Azərbaycan!", "Azərbaycan üçün dua et!" şüarları tutan tələbələr SOCAR-ın binası önünə qərənfillər düzüblər.

Qeyd edək ki, Azərbaycandakı matəm günündə Gürcüstan ərazisində fəaliyyət göstərən SOCAR-ın bütün yanacaqdoldurma və qazpaylama məntəqələrində Azərbaycan bayrağı yarıya qədər endirilib.

Tarix
2015.12.09 / 23:27
Müəllif
Vüqar Şahinoğlu
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla