Yuxarı

Zəngəzur yolunda kim dayanacaq: ermənilər, ruslar, yoxsa…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya baş nazirinin müavini Overçukun açıqlamasından suallar yaranır: Ermənistan tərəfdən sərhəd və gömrük xidməti necə həyata keçiriləcək, bu, Ermənistanın sərhədçiləri və gömrükçüləri olacaq, yoxsa nəzarəti Rusiya həyata keçirəcək? Azərbaycan və Ermənistan Ümumdünya Gömrük Təşkilatının dəstəyindən yararlanacaqlarmı?

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya baş nazirinin müavini Aleksey Overçukun 2 iyunda Moskvada keçirilən görüşdə əldə edilən razılıqlar barədə açıqlaması haqqında qeyd edib.

Politoloq bildirib ki, bu sual Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 14-də Brüsseldə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə Ümumdünya Gömrük Təşkilatının imkanlarından istifadə edilməsi barədə şifahi razılıq əldə edildiyi üçün aktualdır:

“Bu barədə görüşdən sonra Şarl Mişelin açıqlaması olmuşdu. Overçuk Mişeldən fərqli olaraq, açıqlamasında Ümumdünya Gömrük Təşkilatının adını çəkməyib. Deməli, Moskva bu təşkilatın Ermənistanla Azərbaycan arasında gömrük fəaliyyəti göstərməsinin əleyhinədir, özünü bu rolda görür”.

Qeyd edək ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk görüşlə bağlı açıqlamasında tərəflərin yüklərin daşınmasında gömrük nəzarətinin necə həyata keçiriləcəyi ilə bağlı razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, bu, dəmir yolu, pasport, sərhəd, gömrük nəzarəti olan adi sərhəd olacaq.

Tarix
2023.06.09 / 17:21
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülər Azərbaycana gəlir

Prezident təsdiqlədi: Sosial xidmətlərin sayı artırıldı

Bir neçə aya Azərbaycanı tərk edəcəyəm - Dik

Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşdü

Bayramov Nəhyanla regionu müzakirə etdi

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla