Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Sentyabr 2019


Moskva təklənir: İranla ölüm-dirim savaşı başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni formalaşan koalisiya dünyada baş alıb gedən geosiyasi pozuntuları, mərkəzdən qaçma meyillərini aradan qaldıracaq və yeni dünya düzəninin formalaşmasına təkan verəcək.

Bu sözləri Axar.az-a açıqlamasında 34 müsəlman ölkəsinin terrora qarşı birləşməsini şərh edən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinə görə, anti-Rusiya meyilləri Qərbdən ərəb ölkələrinə, oradan bütün müsəlman dünyasına sıçrayıb:

"Səudiyyə Ərəbistanı dəfələrlə Rusiyaya bu və ya digər formada xəbərdarlıq edib. Hətta buna görə Rusiya və İranı təhdid edir, Bəşər Əsədin zorla və ya xoşluqla hakimiyyətdən gedəcəyini vəd edir. Son dövrlər İŞİD və Əsədə qarşı ən kəskin prinsipial mövqedə dayanan ölkə məhz Səudiyyə Ərəbistanıdır. Ər-Riyad bu yolda bütün vasitələrə əl atır. Özü də bunu Rusiyanın hərəkətləri fonunda edir. Məsələn, neftin qiymətinin aşağı düşməsi bunun bariz nümunəsidir. Üstəlik, yeni koalisiya Rusiya və İranla ölüm-dirim savaşına çıxacaq. Bunu bilən İran isə Suriyadan öz xüsusi təyinatlılarını geri çəkərək yalnız qurudan dəstəyini saxlayır. Rusiya indi meydanda tək qalıb. ABŞ-ın başçılığı altında 45 ölkədən ibarət koalisiyada olan bəzi dövlətlər yeni birlikdə də yer alır. Səudiyyə və ABŞ Rusiya, Suriya və terror məsələlərində ortaq xətt yürüdürlər. Son günlər çox maraqlı, bütün dünyanın simasına təsir edəcək geosiyasi proseslər baş verir".

Politoloq qeyd edib ki, ən mühüm hadisə anti-terror koalisiyalarının Rusiyadan kənar formalaşdırılmasıdır:

"Neftin qiymətinə edilən təzyiqlər daha çox Rusiyanı vurur. Müsəlman dünyasında İran, xristian dünyasında isə Rusiya təklənib. Ancaq Rusiyadan fərqli olaraq İran körpüləri axıra qədər yandırmaq istəmir. Rusiya isə inad göstərməklə qalmır, siyasəti "dalan əxlaqı" ilə idarə etməkdə davam edir. Bu, Moskva üçün xoş nəticələrlə bitməyəcək. Bundan sonrakı hadisələr çox sürətlə inkişaf edəcək.Yeni koalisiyada əsas qüvvələr- Suriya, Qətər, İordaniya olacaq. İraqı da bura daxil etmək olar. Qərb koalisiyasında ABŞ bundan sonra daha qərarlı mövqe tutacaq. Avropa Birliyinin əksər ölkələri bu dəfə sadəcə mənəvi, siyasi deyil, hərbi dəstək də verəcəklər. Beləliklə, Suriya ətrafında həlqə daralır. Bunu həm də Rusiya ilə bağlı söyləmək olar. Bir sözlə, bu koalisiya dünyada baş alıb gedən geosiyasi pozuntuları, mərkəzdən qaçma meyillərini aradan qaldıracaq və yeni dünya düzəninin formalaşmasına təkan verəcək".

Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 34 müsəlman ölkəsi terrora qarşı yeni koalisiya yaradıb.

Tarix
2015.12.16 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Xələfov Lanqla danışdı: Əlaqələr genişləndirilir

Paşinyanın məsuliyyətsiz davranışı gərginliyi artırır - Nazir

Təkaltıda Azərbaycan-Türkiyənin bayraqları dalğalandı

Prezident dünya çempionatının açılış mərasimində

Baş kəşfiyyatçı Nikola bu sözləri deyib, istefa verdi

Bu, Azərbaycan üçün çox böyük göstəricidir - Əli Həsənov

Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı

Nazir Donyqu ilə görüşdü - Foto

Nazir cinayətkarlıqla mübarizədən danışdı

Vilayət Eyvazov bütün rəisləri topladı

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla