Yuxarı

Bu şəxslərə mənzil və avtomobillər verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslərə mənzil və avtomobillər verildi - Foto

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil, müharibə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə isə daha 19 avtomobil təqdim edilib.

Axar.az xəbər verir ki, Yevlax şəhərindəki MİDA Yaşayış Kompleksində yerləşən mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev iştirak ediblər. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib.

Bu gün təqdim edilən mənzillər də daxil olmaqla postmüharibə dövründə qeyd edilən kateqoriyalara aid şəxslərə 7350-dən, ümumilikdə ötən dövrdə 16 mindən çox mənzil verilib.

Avtomobillərin təqdim edilməsi tədbirində isə Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işləri diqqətə çatdırıb. Vətən müharibəsindən sonra dövlətimizin başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunduğu vurğulanıb.

Qeyd olunub ki, sosial dəstək tədbirlərinin bir istiqaməti də müharibə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatıdır. Həmin kateqoriyalara aid şəxslərə bu gün təqdim edilən 19 avtomobil də daxil olmaqla postmüharibə dövründə 586, ümumilikdə ötən dövrdə 7700-dən çox avtomobil verilib.

Yeni mənzillər və avtomobillərlə təmin olunan şəxslər göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Tarix
2026.09.25 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokol qaydasını bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla