Yuxarı

Rusiya Türkiyənin dəstəyindən niyə narahatdır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Türkiyənin dəstəyindən niyə narahatdır?

Ərazi bütövlüyümüzü dəstəklədiyini deyən dövlət rəsmisi, Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi ilə bağlı bəyanatından çox narahat olub.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva açıqlama verib. Deputat Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviçin "Türkiyənin Dağlıq Qarabağla bağlı bəyanatı destruktivdir" açıqlamasına münasibət bildirib:

"Rusiya rəsmisi Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinədən çox ciddi narahat olub. Bu adam deyəsən hələ bilmir ki, Türkiyə də ATƏT-in Minsk Qrupunun üzvüdür və bəyanat verəndə kimdənsə icazə almamalıdır və almır. Əhməd Davudoğlunun Dağlıq Qarabağ başda olmaqla Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün əlindən gələni edəcəkləri ilə bağlı açıqlamasının ardından Rusiya rəsmisi görəsən niyə bu qədər təsirlənib? Bəlkə Rusiyanın gerçək siyasəti əslində açıqlanandan daha fərqlidir? Təbii ki, fərqlidir və biz artıq hamımız bunu bilirik. Sadəcə Aleksandr Lukaşeviç kimilər bir daha bunu açıq şəkildə söyləyir".

Q.Paşayeva bildirib ki, BMT TŞ-nın üzvü olan Rusiya rəsmisinin Ermənistanı təşkilatın qətnamələrinə əməl etməyə çağırmaması azmış kimi, üstəlik, Türkiyənin Dağlıq Qarabağ bəyanatı əleyhinə açıqlama verməsi əsil mənzərəni bir daha ortaya qoyur:

"Azərbaycan xalqı kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, öz torpaqlarını işğaldan azad edəcək. Aleksandr Lukaşeviçin beynəlxalq hüquq və qətnamələrin ruhuna uyğun olmayan açıqlaması iki ölkə arasında münasibətlərə mənfi təsir edə bilər. Azərbaycanın bu barədə prinsipal mövqeyini və Türkiyənin dəstəyini heç nə dəyişə bilməz".

Tarix
2015.12.16 / 09:09
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

"Azər" yoxsa "Azəri"? - Millət vəkilindən mühüm şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla