Yuxarı

Səlim Müslümovun yanan əlilə görə tədbir görməsi yalan çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda orda müdür vəzifəsi boşdur. Cənab nazir iki ay əvvəl keçirdiyi kollegiya iclasında Rövşən Məhərrəmovu işdən azad edib".

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Elman Babayev Yevlax şəhər sakini, əlil Nizami Kərimovun sosial müavinət ala bilmədiyi üçün özünü yandırmasından sonra Yevlax rayon ƏSMM-nin direktoru Rövşən Məhərrəmovun işdən azad edilməsi ilə bağlı mətbuatda gedən iddalara cavab olaraq "Axar.az" dedi. Elman Babayevin sözlərinə görə, hazırda Rövşən Məhərrəmovun səlahiyyətlərini onun müavini icra edir: "Bir-iki günə ora yeni direktor təyin ediləcək. O ki qaldı əlilin özünü yandırması ilə bağlı olan məsələyə, bu, nazirlikdə araşdırılır və araşdırma yekunlaşan kimi mətbuata ətraflı məlumat veriləcək".

Xatırladaq ki, Yevlax rayon sakini Nizami Kərimov sosial müavinət almaq üçün Sosial Müdafiə Mərkəzinə müraciət edib. İddiaya görə, Sosial Müdafiə Fondu Nizami Kərimovun alacağı müavinətin altı ayını verməmək qərarına gəlib. Nəticədə Nizami Kərimov buna etiraz edərək özünü yandırıb. Ötən gün N.Kərimova görə nazir Səlim Müslümovun mərkəz rəhbərini işdən qovması barədə məlumat yayılmışdı.

Tarix
2014.01.29 / 13:04
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla