Yuxarı

Heydər Əliyev: “Bünyadova atılan güllə...” - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət mükafatı laureatı Ziya Bünyadovun doğum günüdür.

Axar.az xatırladır ki, Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində anadan olub. O, 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu – Pankovda komendantın köməkçisi vəzifəsində işləyib. Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə "Artur Bekker" və "Vaffenbruderşaft" qızıl medalları ilə təltif olunub. Bünyadov ordudan tərxis olduqdan sonra Moskva Şərqşünaslıq İnstitutuna daxil olub, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilib.

O, bolşevizm terroru və siyasi repressiyaların qurbanları ilə bağlı bir neçə sanballı tədqiqat əsərinin müəllifidir. Bünyadov bolşevizm terroru nəticəsində 20-30-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxarıb.

Böyük tarixçi 1991-ci ildə "Gülüstani-İrəm" əsərini ön söz və şərhlərlə çap etdirib və 1993-cü ildə bu işinə görə Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülüb.

Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. Akademik Nəsiminin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edib. O, müasir Azərbaycan şərqşünaslarının Nəsiminin edamına aid faktları yalnız türk alimi Abdülbaqi Gölpınarlının "İslam ensiklopediyası"ndakı "Nəsimi" adlı məqaləsindən götürüb və bununla da kifayətlənməkdə ittiham edib. Ziya Bünyadov məqaləsində Nəsiminin necə öldürülməsi ilə bağlı qənaətlərin zəifliyi və bizə gəlib çatan materialların azlığından şikayət edir.

Görkəmli tarixçi Ziya Bünyadovun ölümü hələ də müəmmalı qalan cinayətlərdəndir. O, 1997-ci il fevral 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. Onun "Hizbullah" üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edildiyi söylənilir.

Ziya Bünyadovla vida mərasimində ulu öndər Heydər Əliyev çıxışında bunları deyib:

"Bu qədər dahi, bu qədər ali, bu qədər böyük həyat yolu keçmiş şəxsiyyətə atılan güllə, onun qətlə yetirilməsi bütün Azərbaycan xalqına edilən təcavüzdür, Azərbaycan xalqına atılan güllədir. Çünki Ziya Bünyadov Azərbaycan xalqını ən gözəl təmsil edən şəxsiyyətlərdən biri və o şəxsiyyətlərin içində seçiləni idi".

Tarix
2015.12.21 / 18:20
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Misirin yeni səfiri Azərbaycana gəldi

Zakir Həsənov Vyetnamın baş naziri ilə görüşdü - Foto

İsraillə Azərbaycan arasında yüksək səviyyəli görüşlər olacaq

Azərbaycan XİN Portuqaliyaya başsağlığı verdi

Zəngəzur dəhlizi unikal marşrut olacaq... - Nazir

Xocalıda talanlar bu tarixədək davam edib - Babayan

Putin Azərbaycanla bağlı ilk dəfə bunu etiraf etdi

Azərbaycanla əlaqələrimiz inkişaf edir - Rusiya

Əliyev əllərini təcili dezinfeksiya etməlidir - Nevzorov

Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla