Yuxarı

Nazir təcili Türkiyədən qayıtdı, Şirvana yollandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, Türkiyədə keçirilən “İDEF-2023” Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edən müdafiə sənayesi naziri Mədət Quliyev hadisə ilə əlaqədar Bakıya geri dönüb və Şirvan şəhərinə yollanıb.

Müdafiə sənayesi naziri Mədət Quliyev və Nazirliyin səlahiyyətli əməkdaşları, Şirvan şəhərinin prokuroru Kamal Talıbov və icra başçısı İlqar Abbasov hadisə yerinə baş çəkiblər və ətraflı məlumat əldə ediblər.

Mədət Quliyev və digər rəsmi şəxlər hadisə nəticəsində xəsarət alan Səbinə Şəkərovanı xəstəxanada ziyarət ediblər, həkimlərdən xəstənin vəziyyəti barədə məlumat alıblar.

Daha sonra Mədət Quliyev Hacıqabulda dəfn edilmiş Mehman Əhmədovun ailəsi və doğmaları ilə görüşüb, mərhumun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də partlayış baş verib. Partlayış nəticəsində bir nəfər dünyasın dəyişib, bir qadın isə ağır xəsarət alıb.

Tarix
2023.07.24 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

Hər bir azərbaycanlının qürur mənbəyi, dövləçiliyimizin rəmzi!

SEPAH generalı və zabitlər ABŞ səfirliyinə sığındı – Təcili

Mehriban Əliyevadan anım günü ilə bağlı paylaşım - Foto

Heydər Əliyevin vəfatından 21 il ötür

Məhkəmə Tufan Sadıqovun həbsindən imtina etdi

Blinkenin bu bəyanatını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

Paşinyandan daha çox erməni olan fransız - Sasunyan

İrəvandan Bakıya təyyarə ilə kimlər gəlib?

2,7 milyarda əl qoyan Makron İvanişvilidən nə istəyir?

Arakçının Dəməşqdə şaurma yeyərək, bu sözü deməsi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla